image-2000x150
image-63c4449d0ff2563c4449d0ff281673807005bb7bb42dee2fa486fe44736dd471859fbackend

Ərdoğan gedəcəkmi, qalacaqmı – siyasi zəlzələnin nəticələri haqda iki baxış, tək proqnoz

image-728x90

Türkiyədə baş verən təbii fəlakət seçki öncəsi ciddi müzakirələrə səbəb olub. Bir çoxları mövcud AK Partiya iqtidarı və Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə şansının az olduğunu iddia edir.

Diqqətçəkən məqam isə bəzi azərbaycanlıların, xüsusilə də müxalif çevrələrin R.T.Ərdoğanın iqtidardan getməsini arzulamasıdır. Onlar hesab edir ki, Ərdoğan məğlub olsa və hakimiyyətini itirsə Azərbaycanda da iqtidar dəyişikliyi olar.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur və sağlamdır? Ərdoğan iqtidardan gedərsə, Türkiyədə siyasi vəziyyət necə olacaq? Ərdoğanın hakimiyyətdən getməsi Azərbaycanda da hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı  danışan politoloq Samir Hümbətov deyib ki, Ərdoğanın qələbə şansları hələ də yüksəkdir:

“Məsələ ondadır ki, MHP və Böyük Birlik Partiyası Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir və bu blok daxilində fikir ayrılığı yoxdur. Lakin “Millət İttifaqı”nda vəziyyət heç də belə deyil. Əvvəla, ona görə ki, hələ vahid namizəd yoxdur, ya da adı açıqlanmır. Lakin bütün hallarda İYİ Parti və CHP arasında ciddi fikir ayrılığı var. Digər tərəfdən HDP-nin bu bloka qoşulması Türkiyədə heç də birmənalı qarşılanmayıb.

Bəziləri HDP-nin PKK ilə bağlantısı səbəbi ilə Millət İttifaqını ciddi tənqid edir. Ən əsas problem isə Millət İttifaqındakı partiyalar ideoloji olaraq bir-birindən kəskin fərqlənir.

Bu mənada hesab edirəm Ərdoğanın yenidən qələbə qazanması mümkündür. O ki qaldı AK Partiyanın qələbə qazanmasa nə baş verəcəyinə, mümkündür ki, Türkiyədə koalisiya hökumət qurulsun, lakin qısa zamanda hakimiyyət böhranı yaşana bilər. Qardaş ölkənin yaxın tarixində bu və bu kimi hadisələrin örnəyi var.

Lakin düşünmürəm ki, Türkiyədə seçkilərin nəticəsindən asılı olaraq Azərbaycanda da hakimiyyətə dəyişsin. Ümumiyyətlə bu yanaşma absurddur. Azərbaycanın ayrı siyasi sistemi var, Türkiyənin tamam ayrı. Digər tərəfdən, belə bir iddia Azərbaycan hakimiyyətinin Türkiyədən asılı olduğu təəssüratını yaradır. Türkiyədə keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq Azərbaycanda hakimiyyət dəyişməyəcək”.

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, isə Kemal Kılıçdaroğlu (Cümhuriyyət Xalq Partiyası -CHP), Meral Akşener (İYİ Partiya), Temel Karamollaoğlu (Səadət Partiyası), Ahmet Davutoğlu (Gələcək Partiyası), Ali Babacan (DEVA Partiyası) və Gültekin Uysalın (Demokrat Partiyası) birləşdiyi “Millət İttifaqı”nın seçkiləri qazanma ehtimalı aşağıdır:

“Bu ittifaqda nizamnamələri baxımından tamamilə bir-birinə zidd olan partiyalardan formalaşıb. Dünyəvi, islamçı, liberal, mühafizəkar, milliyyətçi və digər kontr-ideologiyalı partiyalar böyük ehtimal ki, xalqın etimadını qazana bilməyəcək. Əgər belə bir hal baş verərsə, bu, Türkiyəyə 60-70-ci illər təcrübəsini yaşatmış olar. Həmin dövrdə xaosun səbəbi kəskin siyasi qütbləşmə idi. Koalisiya olaraq hakimiyyətə gələn güclər vahid iradə ortaya qoya bilmirdi. 2018-ci ildən tətbiq edilən yeni sistem Türkiyəni öncəki təcrübəsindən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Türkiyə yenidən keçmişə qayıda bilməz. AK Partiyanın ölkəni həm siyasi, həm hərbi, həm milli-təhlükəsizlik baxımından uçurum vəziyyətdən çıxarıb, qlobal gücə çevirməsini Türkiyə xalqı dəyərləndirəcək. Digər partiyaların hakimiyyəti dövründə də yaşanmış zəlzələ fəlakətinin doğurduğu nəticələr hakimiyyət lideri çərçivəsində dəyərləndirilməməlidir”.Globalinfo.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90