image-rt-reklam
image-1backend

“Bu günün Azərbaycan tarixində xüsusi önəmi var”- Politoloq

image-728x90

“20 sentyabr tarixi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən günlərdən biridir. Bu gün ölkəmizin müasir tarixində həm iqtisadi, həm də siyasi baxımdan dönüş nöqtəsi rolunu oynayıb.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, 1994-cü il 20 sentyabrda “Əsrin müqaviləsi”nin imzalanması ölkəmiz üçün olduqca önəmli idi.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə imzalanan bu kontrakt Azərbaycanın neft sənayesinə yeni nəfəs verdi, ölkəmizə böyük həcmdə xarici sərmayələrin cəlb olunmasına səbəb oldu. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı, sosial rifah yüksəldi və ölkəmiz qlobal enerji xəritəsində mühüm oyunçuya çevrildi. Məhz bu müqavilə əsasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq əhəmiyyətli enerji layihələri reallaşdırıldı. Beləliklə, Azərbaycan təkcə bölgədə deyil, dünyada da etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Digər tərəfdən, 2023-cü il 20 sentyabrda Azərbaycan Ordusu Qarabağda uğurla həyata keçirdiyi anti-terror əməliyyatını başa çatdırdı. Cəmi birgünlük hərbi əməliyyat nəticəsində bölgədə qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, onların təxribatlarına son qoyuldu. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin tam bərpası kimi tarixə düşdü. Ərazi bütövlüyümüzün təmin olunması Azərbaycan xalqının uzun illərdir arzuladığı bir məqsəd idi və 20 sentyabr bu arzunun gerçəkləşdiyi gün oldu.”– deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, 20 sentyabr həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan tarixində unudulmaz günlərdən biridir.

“Bu gün ölkəmizin inkişaf yolunu, güclənməsini, dövlətçiliyimizin möhkəmlənməsini və milli suverenliyimizin bərpasını simvolizə edir. Azərbaycan xalqı bu tarixi həm qürur, həm də minnətdarlıqla qeyd edir.”- deyə Arzuman Muradlı əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90