Avropada siyasi proseslər son dövrlər yeni mərhələyə qədəm qoyur. Xüsusilə Almaniyada sağ və ultrasağ siyasi qüvvələrin mövqelərinin güclənməsi ölkənin daxili siyasi kursu ilə yanaşı, Avropanın gələcəyi baxımından da diqqət çəkir. Bu prosesin Almaniyanın ənənəvi siyasi partiyalarına və gələcək koalisiya münasibətlərinə mümkün təsirləri müzakirə olunur. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər də beynəlxalq gündəmin əsas məsələlərindən biri olaraq qalır. ABŞ-nin vasitəçilik təşəbbüsləri fonunda tərəflər arasında mümkün razılaşmanın perspektivi diqqət çəkir. Müharibənin uzanmasının Avropanın təhlükəsizliyinə və dünya iqtisadiyyatına təsirləri də ciddi narahatlıq doğurur. Eyni zamanda, münaqişənin nəticələrinin dünyanın digər bölgələrindəki geosiyasi proseslərə təsiri ilə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilir. Xüsusilə Asiyada təhlükəsizlik mühitinin dəyişməsi və yeni qarşıdurma risklərinin yaranması bu baxımdan əhəmiyyətlidir. Bəs Almaniyada sağçıların mövqelərinin güclənməsi ölkənin siyasi sisteminə və Avropaya necə təsir göstərə bilər? Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün aparılan diplomatik səylər hansı nəticəni verə bilər? Mümkün atəşkəs və ya sülh razılaşması Avropaya və dünya iqtisadiyyatına nə vəd edir?






















