image-rt-reklam
image-1backend

TRAMP PUTİNƏ QIŞQIRDI? – “Financial Times”DAN SENSASİYALI İDDİA  

image-728x90

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaska keçirilən görüşündə dəfələrlə səsini yüksəltdiyi və danışıqları tərk etməklə hədələdiyi iddia olunur. Ulusal.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin görüşdən xəbərdar mənbələrə istinadən verdiyi məlumatda deyilir.

Nəşrin məlumatına görə, görüş əl sıxma və Trampa xas geniş təbəssümlə başlasa da, qapalı danışıqlarda gərginlik artıb. Mənbələr bildirir ki, Vladimir Putin ABŞ-ın atəşkəs müqabilində sanksiyaları yumşaltmaq təklifini rədd edib. Görüşdə yalnız bir neçə müşavir iştirak edib.

“Financial Times” qəzetinin mənbələrinin məlumatına görə, Putin müharibənin yalnız Ukrayna Moskvanın tələblərini yerinə yetirəcəyi təqdirdə bitəcəyini vurğulayıb. Bu mövqe Trampı çaşqın vəziyyətə salıb, nəticədə ABŞ prezidenti bir neçə dəfə səsini qaldırıb və danışıqları yarımçıq tərk etməklə hədələyib.

Mənbələrin iddiasına əsasən, Tramp gərgin atmosfer səbəbilə görüş sonrası nəzərdə tutulan nahar tədbirini də ləğv edib. Daha əvvəl NBC də həmin gün naharın baş tutmadığını açıqlamışdı.

Qeyd edək ki, Tramp və Putinin Alyaskada  görüşü avqustun 15-də baş tutub. Tramp görüşdən dərhal sonra sammiti “çox yaxşı” adlandırsa da, sonradan Kremlə qarşı tənqidi açıqlamalar verib və yeni sanksiyaların gündəmdə olduğunu bəyan edib.

Xatırladaq ki, bu hadisələrin fonunda ABŞ prezidenti Donald Tramp Putinlə yeni telefon danışığı apardığını və Budapeştdə ikinci görüşün keçiriləcəyini açıqlayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90