image-rt-reklam
image-resize-2backend

Ziya Məmmədovun ölkədən çıxışına qadağa qoyuldu

image-728x90

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına qadağa qoyulub.

Ulusal .az xəbər verir ki, bunu etibarlı mənbələr bildirib.

Qeyd edək ki, hələ 2016–2017-ci illərdə Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması barədə iddialar yayılmışdı.

Yeri gəlmişkən, 2017–2018-də onun oğlu Anar Məmmədovun Bakıdakı daşınmaz əmlaklarına həbs qoyulması barədə rəsmi məhkəmə xəbərləri var.

Xatırladaq ki, əks-nazirin adı Ramiz Mehdiyev qalmaqalında hallanır. Ayrı-ayrı mənbələrin təsdiqlədiyi ehtimallara görə, Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşı Elton Məmmədov vasitəsilə əlaqə yaradırmış.

Digər mənbələr isə bildirir ki, onun yanına gizli tuneldən gedib-gələn eks vəzifəli şəxslər artıq xüsusi xidmət orqanlarının diqqətini çəkib.

Görünən odur ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin adamlarının tam ifşasına önümüzdəki həftələrdə şahid olacağıq. (Konkret.az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90