Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən azı 15 müşaviri prezidentin komandasını “cavanlaşdırmaq” səyləri çərçivəsində istefa verib.
Ulusal.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.
Nəşrin yazdığına görə, bununla bağlı rəsmi açıqlama verilməyib və adətən müşavirlərin işdən çıxarılması ilə bağlı prezidentin xüsusi fərmanı tələb olunur.
“Bu dəfə istefa metodundan istifadə etdilər… məsləhətçilərin hər birini çağırıb “cavanlaşma və dəyişiklik” ifadələri işlətdilər, sonra isə məsləhətçinin ailə üzvü olduğunu vurğuladılar”, – qəzet yazır.
İstefa verən müşavirlərin yaşı 65-dən yuxarıdır.