image-rt-reklam
image-photo_76313backend

İranın “qırmızı xətti”: Rəsmi Tehran “Zəngəzur dəhlizi” üçün hərəkətə keçdi

image-728x90

“Zəngəzur dəhlizi” lahiyəsinə hər zaman diş qıcayan İranın iç üzü açılır. Rəsmi Tehran “Zəngəzur dəhlizi”nin açılmasını özünün qırmızı xətti adlandıraraq, bu dəhlizin açılmasına imkan verməyəcəyini bəyan edirdi.

Maraqlıdır ki, İrandan fərqli olaraq “Zəngəzur dəhlizi”nin kecəcəyi ərazi Ermənistan ərazisi nəzərdə tutulurdu. Rəsmi Tehranı qıcıqlandıran nə idi? Bir çox analtiklər hesab edirdilər ki, rəsmi Tehran “Zəngəzur dəhlizi” nin açılmasından sonra bölgəyə təsir imkanlarını itirəcəyindən qorxurdu. Digərləri isə hesab edirdilər ki, İran Erməbnistan ərazisindən tranzit daşımaları üçün istifadə etdiyi üçün bu yolun qapanacağından qorxur.

Türkiyə xarici işlər naziri Hakan Fidanın İrana səfəri və bu səfər çərçivəsində iranlı həmkarı  Hüseyn Əmir Abdullahiyanla görüşü də münasibətlərin çözülməsinə səbəb olmadı. Əslində iki nazirin görüşünün detalları mətbuata tam açıqlanmadı. Bir qədər sonra rəsmi İrəvan bəyan etdi ki, “Zəngəzur dəhlizi”nin açılmasının detallarını müzakirə edə bilərlər. Və o anda rəsmi Tehran yenə  “Zəngəzur dəhlizi”nin açılmasını özünün qırmızı xətti adlandıraraq, bu dəhlizin açılmasına imkan verməyəcəyini bəyan etdi. İranın bu əndişəsinə isə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan son qoyub. Naxçıvan səfərindən qayıdan Türkiyə prezidenti Zəngəzur dəhlizi ilə bağlı ilginc sayıla biləcək açıqlama verib.

Türkiyə prezidenti bildirib ki, “Əgər Ermənistan Zəngəzur dəhlizinə mane olarsa o zaman dəhliz İrandan keçə bilər. Artıq İran bu dəhlizin öz ərazisindən keçməsinə razılıq verib.”

Görünən odur ki, rəsmi Tehranın davası sadəcə  “yorgan davası” imiş. İran bu dəhlizdən öz mənfəəti üçün istifadə etmək istəyir və bu oyundan Ermənistanı kənarlaşdırmaq istəyir. Son hadisələr onu göstərir ki, rəsmi Tehran öz istəyinə çatmağa daha yaxındır.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90