image-rt-reklam
image-11backend

Pekin Cənubi Qafqazı və Yaxın Şərqi nəzarət zonasına almaq istəyir-  ABŞ-da nazirlər nədən danışıblar?

image-728x90

Son illər dünyanı iqtisadi lahiyələri  ilə ələ almağa çalışan Çin indi də, siyasi lahiyələrini aktivləşdirmək qərarına gəlib. Çin son vaxtlar İsrail və HƏMAS böhranında vasitəçi kimi görünmək istəsə də, onun edə biləcəkləri hələlik məhdud görünür.

Çinin Xarici İşlər naziri Vanq Yi böhranın regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün həftə sonu ABŞ-da danışıqlar aparıb.

ABŞ həll yolu tapmaq üçün Çinlə çalışacağını açıqlayıb. ABŞ mediası isə Çinin xarici işlər nazirinin səfərinə maraqlı reaksiya verib.

ABŞ mediası hesab edir ki, Yaxın Şərqdə və Cənubi Qafqazda baş verənlərdən Çin də pay almaq istəyir.

“Rəsmi Pekin ABŞ-da Cənubi Qafqazı və Yaxın Şərqi öz nəzarətinə almaq üçün danışıqlar aparır. Çin bu iki bölgədə zəifləyən Rusiya təsir dairəsindən çıxmaqla öz nəzarətini gücləndirmək istəyir.”- ABŞ mediası yazır.

Birləşmiş Millətlər Təşkilatının iclasında atəşkəs elan etmək üçün ən çox çalışanlardan  biri olan Vanq Fələstinli və İsrailli həmkarları ilə də görüşüb.

Qəzzada HƏMAS və Livanda Hizbullahı dəstəkləyən Çinin İranla yaxın münasibətləri onun böhranın yumşaldılmasında rol oynaya biləcəyinə ümid yaradır.

Financial Times yazıb ki, ABŞ rəsmiləri İranı neytrallaşdırmaq üçün Vanqa təzyiq göstərib.

Çin İranın ən böyük ticarət tərəfdaşıdır və həmçinin Səudiyyə Ərəbistanı ilə İran arasında bu ilin əvvəlində gərgin olan münasibətləri yumşaltmağa kömək edib.

İran isə Qəzzadakı böhranın həlli üçün Çinlə əlaqəni gücləndirməyə hazır olduğunu bəyan edib.Həmçinin İran “Zəngəzur dəhlizi”nin açılmasına mane olmağa çalışır və bu dəhlizin öz ərazisindən keçməsinə çalışır. Aydındır ki, bu lahiyənin əsas tərəfdaşı olan Çin dəhlizin İran ərazisindən keçməsinə razı deyil. Reallıqda bu dəhlizin heç İrandan keçməsinə ABŞ-da razı deyil. Belə olan halda ABŞ bu dəhlizin nəzarətinin Çində olmasından narahat olmayacağı bəllidir. Çin bölgəyə nüfuz etməklə Rusiyanı da neytrallaşdırmış olacaq. Həmçin in son illər rəsmi Pekin İrəvanla təmaslarını artırıb. Bundan əlavə Pekin və Bakı arasında tarixi bir dostluqvə iqtisadi bağlılıq var. Pekini həm də Bakının ən yaxşı tərəfdaşlarından biri adlandırmaq olar. Çin “Zəngəzur dəhlizi” vasitəsilə Yaxın Şərqə açılmaq istəyir.

ABŞ Müdafiə Nazirliyinə bağlı beyin mərkəzinin Çin xarici siyasəti üzrə eksperti Dawn Murphy bildirir ki, Çin həm Fələstin, həm də İsraili ilə balanslaşdırılmış münasibətlərə malik olduğu üçün mötədil vasitəçi ola bilər. Bu vasitəçilik missiyası Yaxın Şərqə sülh gətirməklə Çinin böyük dəhliz projesinin tərkib hissəsinə çevrilə bilər.

Bir sözlə Çin addım-addım Yaxın Şərqə doğru irəlilləyir. Bu onu göstərir ki, Çin Cənubi Qafqazla yanaşı, Yaxın Şərqdə də iqtisadi lahiyələrinin sayının artıqmaq niyyətindədir. Bundan başqa noyabrın 11-də Çinin böyük nümayəndə heyətinin İrəvan və Tiflisə səfəri ilə bağlı məlumat yayılıb. Görünür rəsmi Pekin gecikmək niyyətində deyil və arzularını tezliklə reallaşdırmaq niyyətindədir.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90