“Biz Rusiyanın “qırmızı xətti”nin harada olduğunu yalnız onu keçdikdən sonra biləcəyik”
ABŞ mətbuatında yüksək vəzifəli rəsmilərə istinadla, Ağ Ev administrasiyasında, Pentaqonda və Dövlət Departamentində Ukraynaya “MGM-140 ATACMS”( Army Tactical Missille System) taktiki ballistik raketlərin verilməsi ilə bağlı qızğın müzikarlər aparıldığı və bu istiqamətdə müsbət irəliləyişin olması barədə məlumatlar gedir.
Müharibənin ilk dönəmlərində ABŞ rəsmiləri Ukraynaya “M1 Abrams” tanklarının, ”Patriot” Hava Hücumundan Müdafiə sistemlərinin və “F-16” qırıcılarının tədarük olunmasının mümkünsüzlüyünü söyləyirdilər. Lakin zaman keçdikcə, Ukrayna ordusu tədricən bu silahlarla təchz edilir. Ümumiyyətlə isə ABŞ rəsmiləri bildiriblər ki, göndərilən heç bir silah Rusiya ərazisindəki hədəflərin vurulmasında iştirak etməməlidir. Qeyd edək ki, Ukraynanın silah tələbində 300 kilometr uzaqlıqdakı hədəfləri vurmaq qabiliyyətinə malik olan“ATACMS” raketləri mühüm yer tutur.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Responsible Statecraft” internet portalı “ABŞ Ukraynaya “ATACMS” raketləri yollamağa hazırlaşır” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin məqaləni təqdim edirik:
”Ukraynaya “ATACMS” raketlərinin verilməsi ilə bağlı ”onlara da növbə çataqcaq” deyən ABŞ-ın səlahiyyətli məmuru əlavə edib ki, təhlükəsizlik sahəsi üzrə Ukraynaya aid bütün planlar dəyişə bilər. Digər məmur isə “ABC” televiziya kanalına söyləyib ki, ”ATACMS” raket sistemlərinin tədarükü müzakirə olunur. 300 kilometrədək hədəfi vurmaqla öyünə bilən “ATACMS” Ukrayna ordusuna Krımdakı hədəflərə zərbə vurmağa kömək edə bilər.
Hələlik heç bir rəsmi nümayəndə “ATACMS”-ın veriləcəyini təsdiqləməyib. ”ABC news”un məlumatına görə, Ağ Evin mətbuat katibi Con Kirbi deyib: ”Hələlik “ATACMS” ilə bağlı qərar yoxdur, Prezidentin dediyi kimi, bu məsələ gündəlikdən qalxmayıb… Biz onların verilməsinin mümkünlüyünün müzakirəsini davam etdiririk”.
Əgər bu məlumat təsdiqlənərsə, ”ATACMS”raketlərinin göndərilməsi həmişəki ənənəvi sxemə uyğun olacaq: əvvəlcə Qərb Kiyevə növbəti güclü silah yollamaqdan imtina edir, sonra isə münaqişənin uzanması səbəbindən tutduğu kursu kəskin şəkildə dəyişir.
Belə ki, döyüşlərin ilk həftələrində yüksək vəzifəli amerikalı məmurlar Kiyevə “Patriot”raket batareyalarının çatdırılması planının olmadığını bəyan edirdilər. Onlar həm də deyirdilər ki, bu sistemlərin Ukrayna ərazisində ABŞ hərbçiləri idarə etməli olacaq ki, bu da öz növbəsində Amerikanı münaqişənin fəal iştirakçısına çevirəcək.
Hələ 2023-cü ilin yanvarında ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukraynaya “M1 Abrams” tankalrının göndərilməsinin əleyhinə çıxış etmişdi. O, bunu birincisi, həmin tankların Ukrayna ordusunun ehtiyaclarını ödəmədiyi, ikincisi isə ”Abrams” tanklarının istismarının, onların təmirinin və xidmətinin hədsiz mürəkkəb olmasıyla izah edirdi.
Lakin o vaxtdan indiyədək Ağ Ev hər iki məsələ ilə əlaqədar mövqeyini dəyişərək Kiyevi bir “Patriot” batareyası ilə təchiz edib və Ukrayna ordusuna 31 ədəd “M1A2 Abrams” tankı verilməsini təsdiqləyib.
Ukraynaya “F-16” qırıcılarının verilməsi ilə bağlı mübahisələr də anoloji şəkildə gedir. Son bir il yarım ərzində Prezident Bayden və adminisitrasiyanın yüksək vəzifəli rəsmiləri Ukraynaya “F-16” qırıcılarının göndəriləcəyini dəfərlərlə istisna ediblər. Onlar bu təyyarələrdən Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə olunmasının gərginlik yarada biləcəyi ilə bağlı narahatlıqlarını vurğulayıblar.
Ancaq Ağ Ev avqust ayında bəyan edib ki, bu ilin sonundan başlayaraq ukraynalı pilotların təlimləri başlayacaq və Danimarka ilə Hollandiya tərəfindən təchiz ediləcək Ukraynanın“F-16”-lardan ibarət gələcək hava donanmasının təməli qoyulacaq.
Elə “ATACMS” raketinin verilməsi də məhz həmin sxem üzrə inkişaf edə bilər: neçə aylar çəkən tərəddüdlər və ya hətta birbaşa imtinaların ardınca qəfil dönüş yaranacaq. Amma heç də hamı bunun yaxşı ideya olduğu fikrində deyil.
“Quincy Instıtute”-nun mili strategiya direktoru Corc Bib (George Bibe) vəziyyəti belə şərh edib: ”Bayden administrasiyası münaqişədə uğur əldə etmək istəyir, lakin böyük risklərə gedir və Moskvanı Qərbə qarşı cavab tədbiri görməyə məcbur edir. Təhlükə ondadır ki, biz Rusiyanın “qırmızı xətti”nin harada olduğunu yalnız onu keçdikdən sonra biləcəyik”.
Qərbin Ukraynaya kömək etməsi Rusiyanın davranşnın qiymətləndirməsinə və münaqişənin dinamikasına əsasən qurulur və bu, “qaynayan qurbağa” strategiyasına bənzəyir. Deyilənlərə görə, Qərb siyasətçiləri ondan narahtdırlar ki, çox qısa bir müddət ərzində NATO-nun bütün silah arsenalının yardımlar zərfi qismində Ukraynaya verilməsi gərginliyi nüvə silahınıdan istifadəyə və hətta Rusiya və NATO arasında birbaşa münaqişəyə kimi şiddətləndirə bilər.
Belə hesab olunur ki, Qərb əsas silah sistemlərinin göndərilməsini mərhələli şəkildə həyata keçirməklə Rusiyanın “qırmızı xətləri”ni tədricən “yuyur” və Ukraynaya edilən yardımları minimal risklə artırır. Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin təlim keçmək, maddi-texniki təchizat və texnikaya xidmət imkanları məhduddur. Qərb hökumətləri hər şeyi dərhal vəd edə bilər, ancaq silahların tədarükü, onların yerləşdirilməsi və lazımi miqdarda istismara başlanılması üçün illər tələb olunur.
“ATACMS” -ın verilməsinin mümkünlüyü ilə bağlı məlumatdan öncə Prezident Volodimir Zelenski gözlənilmədən bəyan edib ki, Ukrayna ordusu yerli istehsal olan uzun mənzilli raketlərdən istifadəyə başlayıb. Zelenskinin dediyindən belə anlaşılır ki, hansısa sirli raket 700 kilometr uzaqlıqdakı hədəfi uğurla vurub.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, bu yeni silah daha da uzağı vurmaq qabiliyyəti ilə öyünə bilər. Bu adsız raketlə bağlı heç bir ətraflı məlumat verilməyib. Onun mövcudluğunu isə müstəqli mənbələr təsdiqləməyib. Qərb himayədarları Rusiya ərazisinə hücum etməmək şərtilə Kiyevi silahla təchiz edirlər, amma Ukrayna öz istehsalı olan raketlərdən tam sərbəst şəkildə istifadə edə bilər. Ukrayna rəsmiləri bu yeni silahla bağlı planlarını gizlətmirlər. Danilov “Washington Post” qəzetinə deyib: ”Əmin olun, artıq tezliklə sözün əsl mənasında Rusiya alovlanacaq”.
Hərçənd ki, ”ATACMS”-ın uçuş məsafəsi “HIMARS” artilleriya raket sistemlərindən dörd dəfə çox olsa da, onların Britaniya və Fransanın bu yayda Kiyevə yolladığı “Storm Shadow”raketlərindən üstün olduğunun heç bir subutu yoxdur.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hələ 2022-ci ilin sentaybrında vurğulamışdı ki, Kiyevə uzaq mənzilli raketlərin verilməsi “qırmızı xətt”in keçilməsidir və əgər bu xətt tapdalanarsa, ABŞ “münaqişə tərəflərindən biri”nə çevriləcək.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə hədələyərək bildirib ki, Moskva bu cür təchizatlara qarşı Ukraynanın daha çox ərazisinin zəbt olunacağı ilə cavab verəcək. O, deyib: ”Siz nə qədər uzaqvuran silahlar tədarük etsəniz, biz neonasistləri sərhədlərimizin hüdudlarından daha çox kənara itələyəcəyik”.
ABŞ-ın “ATACMS” raketləri yollamasına yaşıl işıq yandırmasının ardından döyüş meydanından məyusedici xəbərlər gələ bilər. Çünki Ukraynanın çoxdan gözlənilən yay əks-hücumu az uğur gətirib və irəliləyiş yavaş gedib. Artıq Qərb strateqləri və siyasətçiləri Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ildəki və hətta daha sonrakı hücumlarını müzakirə edirlər.
Sözügedən silahların heç biri davam edən indiki yay əks-hücumu zamanı Ukraynaya göndərilməyəcək. Hərbi ekspertlər hesab edirlər ki, ölkənin cənub və cənub şərqindəki ərazilərinin Rusiya işğalından geri qaytarılması üçün “F-16” qırıcıları və “ATACMS” raketləri Ukrayna ordusunun gələcək səylərində mühüm rol oynayacaq.“AzPolitika.info”