“Müstəntiqlər Yevgeni Priqojinin qəzaya uğrayan təyyarəsində heç bir xarici qüvvənin təsirini aşkarlamadılar”.
Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin oktyabrın 5-də “Valday” Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ona deyib ki, Priqojinin təyyarəsində həlak olanların cəsədlərində əl qumbaralarının parçaları aşkar edilib, lakin təyyarəyə heç bir xarici təsir aşkar edilməyib.
Xatırladaq ki, Rusiya mərkəzi hökumətinə qarşı qiyam qaldırmış “Wagner” PMC-nin rəhbəri olan Y.Priqojin 24 avqust 2023-cü ildə baş vermiş təyyarə qəzasında ölüb.