image-rt-reklam
image-2222backend

İrəvan Tehran və Moskvanın qəzəbinə tuş gəlib: Xilas yolu yoxdur

image-728x90
Bu gün erməni cəmiyyəti çox sarsılıb. Çünki ümid yerləri olan Rusiya onlardan üz çevirib. Səbəbi çox da ilginc deyil. Ermənistan oynamaq istədiyi ikili oyunu bacarmayıb. Həm Rusiya ilə mütəffiq olan Ermənistan gizli şəkildə ABŞ-la mütəffiqlik oyunu qurub. Sözsüz ki, bu da Rusiyanın qəzəbinə səbəb olub. Rusiya hansı yolla olur, olsun Ermənistanı cəzalandırmaq qərarına gəlib. “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ermənistan özü Qarabağın statusunu müəyyən edib”- bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib. Bununla da Putin Ermənistanın öz dilinin tələsinə düşdüyünü qeyd edib. Bunun ardınca İran prezidenti İbrahim Rəisinin Ermənistan baş naziri Nikol Paşinyanı hədələdiyi haqqında erməni mediası məlumat yayıb.

“Hraparaq” nəşri iddia edir ki, İran prezidenti Paşinyana düşünmək və qərar vermək üçün 24 saat vaxt verib.

Erməni nəşri yazır: “Ermənistanın tərəfdaş kimi Rusiyanı tərk etməsi göz qabağındadır, bəs İran prezidentinin ritorikası niyə sərt və qeyri-diplomatik olub? Paşinyanla sonuncu telefon danışığı zamanı Raisi hətta Anna Akopyanın Ukraynaya səfərinə eyham vuraraq bildirib ki, “3+3” formatından kənar ünsiyyət, xarici qüvvələrlə işləmək, onlarla hərbi təlimlər keçirmək, şübhəli səfərlər vəziyyəti daha da çətinləşdirir. Qeyri-rəsmi mənbələr prezident Rəisinin Paşinyanla çox kobud danışıb.”

Görünən odur ki, indiki halda rəsmi İrəvan çətin duruma düşüb. ABŞ-la birgə təlim Ermənistanın İran və Rusiya tərəfindən sərt cəzalandırlması ilə nəticələnə bilər. Bunun ilkin təzahürü kimi Putinin açıqlamasını və İbrahim Rəisinin Paşinyanla telefon danışığını göstərmək olar.

Maraqlıdır Ermənistan bu təhdidlərdən nəticə çıxarmasa hansı cəzanı ala bilər?

Reallıq budur ki, Rusiyanın Ermənistanda kifayət qədər iqtisadi və siyasi rıçakları var. Rəsmi İrəvan çox tezliklə ağır cəzalandırıla bilər. Bu hakimiyyət dəyişikliyindən tutmuş, iqtisadi zərbələrə qədər ola bilər. Qarşıdan qış gəlir və Ermənistan mavi yanacağı bütünlüklə Rusiyadan alır. Rusiya ilk zərbə kimi  mavi yanacağın kəsilməsini həyata keçirə bilər. Həmçinin Rusiya bazarlarına kifayət qədər Ermənistandan kənd təsərrüfatı malları göndərilir. Bir sözlə Rusiya Ermənistana yaxın günlərdə sərt üzünü göstərəcək.

Bundan başqa İranın xəbərdarlığından İrəvan nəticə çıxarmasa, Tehran da ciddi addımlar ata bilər.

Görünən odur ki, İrəvan çətin durumla üz-üzədir. Bu dalandan çıxmaq isə çətin görünür. Çünki rəsmi İrəvan sonu görünməyən bir oyuna girib.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90