Ulusal.az xəbər verir ki, İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Saqqaiyan “Camaran” saytının “İranın Qafqaz münaqişəsində milli maraqlarını təmin etmək üçün masada hansı variantları var?” sualına belə cavab verib:
“İran bütün mümkün variantları masada saxlayıb. Ermənistan İrandan xahiş etsə, Tehran bu dost ölkənin yardımına gedəcək”.
“Biz bu sahədə bacarığımızı və xüsusi imkanlarımızı daha əvvəl regionda və dünyada sübut etmişik və məsələnin bütün variantlardan istifadə mərhələsinə çatması çətin görünür. Fikrimcə, diplomatiya və regional çərçivələr şəklində oyun İranın maraqlarını təmin etmək baxımından ən yaxşı vasitədir”-deyə, o, əlavə edib.