24 saatlıq anti-terror tədbirlərindən sonra artıq Qarabağın bütün ərazilərinə faktiki olaraq Azərbaycan ordusu nəzarət edir. Xocalıdan sonra Ağdərədə də Azərbaycan ordusu təmizləmə işləri aparır. Ermənilərin özlərinin “alınmaz qala” adlandırdıqları Xankəndi şəhəri də Azərbaycanın tam nəzarətinə keçir. Bakı separatçılara bütün Qarabağda Azərbaycan bayrağının qaldırlması üçün 24 saat vaxt verib. Bu zaman ərzində bütün ərazilərdə Azərbaycan bayrağı qaldırlmalıdır. Bununla bərabər ilkin razılaşmalar çərçivəsində müəyyən işlər görülməlidir. Erməni mediası yazır ki, Yevlaxda əldə edilmiş razılaşmaya əsasən, hazırda aşağıdakı tədbirlər həyata keçirilir:
Ordunun buraxılması prosesi ilə paralel olaraq separatçı ordunun hissələrinin döyüş mövqelərindən çıxarılması və tərkisilah edilməsi, silahların Azərbaycana təhvil verilməsi
ölü və itkin düşmüş şəxslərin axtarışı,
vəziyyəti ağır və son dərəcə ağır olan yaralıların, habelə xəstələrin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlılarının müşayiəti ilə Ermənistandakı tibb müəssisələrinə daşınması,
İlkin olaraq Azərbaycan ərzaqdan başqa dizel yanacağı da Xankəndinə çatdırılıb. Bu gündən isə Azərbaycandan elektrik enerjisi təchizatının bərpası üzrə işlərə başlanılıb.
Bundan sonra hansı proseslər başlayacaq.
İlkin olaraq Xankəndi də və ətraf ərazilərdə Azərbaycan dövlət orqanlarının fəaliyyətinin təşkili,
Azərbaycan Milli valyutasının manatın dövriyyəyə buraxılmasına hazırlıq,
Erməniəsilli vətəndaşların könüllülük prinsipi əsasında vətəndaşlıq pasportlarının verilməsi həyata keçiriləcək.
Qarabağda Azərbaycan bayrağı altında yaşamaq istəməyən şəxslər isə tez bir zamanda Azərbaycan ərazisindən çıxarılacaq.
Artıq bu ermənilərin 33 illik xəyallarının puç olması, Qarabağın əsl sahiblərinə qovuşmasıdır. Azadlığın mübarək Qarabağ!!!
Qoşqar Salmanlı