image-rt-reklam
image-7backend

Zəngəzur Dəhlizi bu ilin dekabrında açılacaq?- erməni və rus ekspertərdən iddia

image-728x90

Zəngəzur Dəhlizi ətrafında müzakirələr yenidən aktuallaşıb. Ulusal.az xəbər verir ki, artıq bununla bağlı ciddi məqamlardan bəyanatlar da sələnir. İndiyə qədər Ermənistanın inadkarlığı, 10 noyabr razılaşmasına əməl etməməsi fonunda baş tutmayan prosesin yekun mərhələyə daxil oldğu da ciddi mənbələrdən təsdiqlənir.

Qeyd edək ki, dünən Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib ki, Türkiyə yaxın aylarda “Zəngəzuri dəhlizi”nin açılışına başlayacaq.

O, Azərbaycan tərəfinin bu istiqamətdə fəaliyyətini davam etdirdiyini qeyd edib. “Zəngəzur dəhlizi məsələsində biz müəyyən yol keçmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan bunu qısa zamanda həyata keçirəcək”.

Lakin erməni mənbələri də bunula bağlı bəzi açıqlamalar verirlər. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə etdiyi çıxışı zamanı bir neçə məqama toxunub. O bildirib ki, dəhliz deyil, yol şəklində Azərbaycanla Naxçıvanı birləşdirməyə hazırdırlar. Hətta bununla bağlı üç yol belə təklif etdiklərini bildirib.

Lakin paralel olaraq, Paşinyan bildirib ki, onlar yeni yolların açılması, neft və qaz kəmərlərinin çəkilməsində də maraqlıdırlar. “Biz yeni yolun açılması, neft və qaz kəmərlərinin yuridiksiyamız altında ölkəmizdən keçməsi ilə nəinki maraqlıyıq, həm də bunun üçün cəhdlər də edirik. Çünki bu böyük miqradda gəlir əldə etməyimiz deməkdir”.

Lakin bir çox erməni mənbələri, o cümlədən rus ekspertləri də proseslə bağlı maraqlı fikirlər səsləndirirlər. Məsələn, “Hraparak” qəzeti son sayında bununla bağlı qeyd edir ki, Zəngəzur Dəhlizinin açılması prosesi artıq yekun mərhələyə qədəm qoyub. Qəzet hökumətə yaxın mənbələrə istinadən bildirir ki, bununla bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında yekun razılaşma da var.

“Kommersant” qəzetinin eksperti və köşə yazarı Maksim Yusin isə iddia edir ki, bu ilin dekabrında Zəngəzur Dəhlizi açılacaq. Lakin o, bu hadisənin hansı fonda baş verəcəyi barədə fikir bildirməyib. Belə ki, bu yolun hərbi güc və ya diplomatik yolla açılacağını qeyd etməyib.

Azərbaycan tərəfinin məsələ ilə bağlı mövqeyi isə aydındır. Rəsmi Bakı 10 noyabr razılaşmasının müvafiq bəndlərinin, o cümlədən Zəngəzur Dəhlizinin açılmasının yerinə yetirilməsini istəyir.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90