image-rt-reklam
image-77backend

Qarabağda nə qədər erməni yaşayıb? –Ermənilərin şişirdilmiş statistikası ifşa edildi

image-728x90

Son  3 il ərzində ermənilər iddia edirdi ki,  Qarabağda 120 min erməni yaşayır. Lakin kiçik bir araşdırma aparsaq erməni yalanını ortaya çıxarmaq mümkündür. Belə ki, dünyada hər 1 milyon nəfərə təqribən il ərzində 12-13 min doğum düşür. Elə ümümi statistikaya nəzər salsaq Azərbaycanda da doğum səviyyəsi dünyadakı göstəricilərlə eynidir. Belə ki,  2019-cu ildə Azərbaycanda 141 min 179 uşaq dünyaya gəlmişdi. 2020-ci ildə həmin rəqəm 126 min 571-ə düşüb. 2021-ci ildə isə ölkədə cəmi 112 min 284 uşaq dünyaya gəlib. Bu, 2019-cu illə müqayisədə 20 faizdən çox azalma deməkdir. Ötən il bir öncəki illə müqayisədə doğum sayında nisbi artım qeydə alınıb və  122 min 846 uşaq doğulub.

Bu isə o deməkdir ki, il ərzində hər bir milyon əhali yaşayan ərazidə doğum səviyyəsinə görə  10-12  min körpə doğulur.

Ermənilərin iddia etdiyi kimi Qarabağda 120 min əhali yaşasaydı, Qarabağda il ərzində təqribən 1000-1200 körpə doğulmalı idi.

Qondarma rejimin yaydığı statistikaya nəzər saldıqda məlum olur ki, 2019-cu ildə Qarabağda 665, 2020-ci ildə 448, 2021-ci ildə 531, 2022-ci ildə isə 578 uşaq doğulub.

Erməni  sosioloq Samvel Manukyan “Past.info”-ya açıqlamasında bildirib ki, Qarabağdakı separatçılar uzun müddət İrəvanı və dünyanın bir çox donor təşkilatlarını aldadaraq külli miqdarda pul mənimsəyiblər. Sosioloq qeyd edib ki, əhali sayını şişirdən separatçılar həm İrəvandan, həm də beynəlxalq təşkilatlardan pul alıblar.

Rəsmi statistikaya görə Qarabağda doğulan uşaq sayı iki-üç dəfə şişirdilib.

Samvel Manukyan bildirib ki, əslində Qarabağda uşaq doğumlarının sayı heç 200-ü keçməyib.

Manukyan bildirib:”Araşdırmalarımıza görə Qarabağda  2019-cu ildə 175, 2020-ci ildə 167, 2021-ildə 192, 2022-ci ilin mayına kimi isə 73 uşaq doğulub. Amma Qarabağdakılar bu rəqəmləri şişirdərək külli miqdarda qrantlar əldə ediblər. Bu işdə onlara İrəvanda oturan yüksək vəzifəli çəxslər yardım edib. Əhali sayını şişirtməklə dünyanı bu problemə yönəltmək istəyiblər. Əslində isə külli miqdarda vəsait silməyi bacarıblar.”

Manukyan qeyd edib ki, ümumilikdə donor təşkilatlarından Qarabağa son 10 il ərzində 100 milyon dollardan artıq vəsait göndərilib.

Bir sözlə erməni separatçıları saxta statistika ilə həm İrəvanı, həm də dünyanı aldatmağı bacarıb.

Doğum səviyyəsindəki statistikalara nəzər salmaqla Qarabağda təqribən 15-25 min arası erməni yaşadığını ayırd etmək mümkündür.

Əhali sayının artırılmasının digər bir səbəbi isə Ermənistan ordusunun Qarabağda olan 11-13 minlik ordusu olub. Bu gün Qarabağdan gedən ermənilərin böyük hissəsi Rusiya, Ermənistan və Suriyada doğulan ermənilərdir. Son bir neçə gün ərzində alınan müsahibələrdə Qarabağı tərk edən ermənilərin 80 faizi Qarabağda 1998-ci ildən sonra yaşayanlardır. Bu onu deməyə əsas verirki, Qarabağda əhali sayını artırmaq üçün separatçılar bir çox erməniyə şirnikləndirici təkliflər ediblər. Qarabağda olmayan ermənilərə belə saxta sənədlər verilib.

Bir sözlə artıq ermənilərin nağıllarına özlərindən başqa heç kim qulaq asmır.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90