Artıq Rusiyanın humanitar yükünün olduğu maşın Ağdamdan keçərək Xankəndiyə daxil olub.
Xankəndidə bildirirlər ki, bu, rusların göndərdiyi yeganə maşın olmayacaq. Humanitar yük olan daha bir neçə maşın da Xankəndiyə daxil olacaq.
Amma separatçıları narahat edən başqa məqamdır. Xankəndi sakini Arman Arutyunyan Ermənistan mətbuatına şəhərdə dolaşan şayiə haqda məlumat verib.
O bildirib ki, separatçılar arasında gəzən söz-söhbətdə bildirilir ki, Laçın yolu açılmayacaq.
“Laçın yolunun açılmasına gəlincə, onun açılmasından söhbət gedə bilməz”, – Arutyunyan bildirib.