image-rt-reklam
image-4backend

“İSNA”dan iddia: “İran Üçüncü Qarabağ müharibəsinin başlamasına imkan vermədi”

image-728x90

İranın məşhir xəbər agentliklərindən biri olan İSNA bu gün maraqlı bir iddia ilə çıxış edib. Ulusal.az xəbər verir ki, agentlik yaydığı xəbərdə Azərbaycan və Ermənistan arasında son zamanlar yaşanan gərginlikdən bəhs edib. Daha sonra isə həmin iddianı ortaya atıb.

İSNA iddia edir ki, Azərbaycan ilə Ermənistan son günlər növbəti müharibənin bir addımlığında dayanmışdılar. “Amma İranın köməyi və hər iki tərəfin razılaşması ilə üçüncü Qarabağ müharibəsi baş vermədi və bunun qarşısı alındı. Əlbəttə müharibə ehtimalı hələdə yüksəkdir. Amma İran da cəhdlərinə davam edir”.

Agentlik daha sonra bildirib ki, bəzi dövlətlər yeni bir müharibənin başlanması üçün Azərbaycan və ya Ermənistanı təxribata çəkirlər. “Amerika və Fransa Qafqaz regionunda müharibə yaratmağa çalışırlar. Qərb hökumətləri Ermənistanı Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çağırır. Türkiyədə Ermənistanın cənubundan dəhliz əldə etmək üçün Bakı rəsmilərini Ermənistanla toqquşmaya məcbur etməyə çalışır. Qərb hökumətləri, xüsusilə Amerika və Fransa Ermənistanı Azərbaycan ilə növbəti müharibəyə məcbur etmək üçün bütün səylərini səfərbər edirlər”.

İSNA hesab edir ki, Amerika və Fransa hakimiyyətləri düşünürlər ki, Qafqazda müharibə başlayarsa, Rusiya və Ukrayna arasında müharibəyə görə Moskva liderləri bu region ölkələri ilə münasibətlərdə bir çox imtiyazlarını itirəcəklər. “slində Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidə həmin məqsədə xidmət edir. Münaqişə tərəflərinin sülhə nail olmasi üçün böyük imkanların olduğu bir vaxtda pozitiv olmaq əvəzinə, siyasi ekspertlər və hətta marağlı ölkələrin rəsmiləri inamsızlığın dərinliyini nümayiş etdirərək, qarşı tərəfi düşmənçiliyi davam etdirməyə çalışırlar. Lakin İran açıq şəkildə bəyan edir ki, bölgədə xarici dövlətləri görmək fikrində deyil və buna dözümlülük nümayiş etdirməyəcək”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90