Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.
Ulusal.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, sentyabrın 9-da Paşinyan Putinə zəng edib, lakin Kremldə onun zənginə cavab verməyiblər.
“Paşinyan daha sonra Putinə uzun məktub yazıb, Putin isə son sözünü Vladivostok konfransında deyib. Paşinyan məktubunda Ermənistandakı anti-Rusiya kampaniyası ilə bağlı özünə haqq qazandırmağa, Rusiyaya qarşı olmadıqlarına inandırmağa çalışıb”, – nəşr qeyd edir.publika.az