Ermənistan Rusiyadan tamamilə qopmağa çalışır. Elə bu gün İspaniyanın Qranada şəhərində keçirilən görüşün əsas mövzularından biri məhz budur. Sözsüz bu tam məxfi söhbətlərdir. Qərb tamamilə Ermənistanı Rusiyanın caynağından xilas etmək istəyir. Amma aydındır ki, Rusiya bütün vasitələrlə buna imkan verməyəcək. Elə dünən Ermənistandakı, konkret olaraq Gümrüdəki 102-ci hərbi bazada olan Rusiya ordusunun hərbi təlimlərə başlaması çox şeydən xəbər verir. Ardınca isə İran Ermənistana öz ordusunu Zəngəzurda yerləşdirməyi təklif edir. Erməni politoloq Artur Xaçikyan isə hesab edir ki, Rusiya Ermənistandan amansız qisas alacaq. Məhz Rusiyanın birdən-birə “Zəngəzur dəhlizi”nin açılmasına razılıq verməsi düşündürücüdür. Erməni politoloq hesab edir ki, rəsmi Moskva Ermənistanı cəzalandırmaqla “Zəngəzur dəhlizi”nin açılmasına nail olacaq.
Maraqlıdır ki, artıq Qərb ölkələri, həmçinin ABŞ “Zəngəzur dəhlizi”nin açılmasına praktik olaraq razılıq verib. Bundan sonra Rusiyanın da bu dəhlizin açılmasına razılıq verməsi olduqca düşündürücü sayıla bilər. İndi meydanda yalnız İran qalıb. İran hər vəcdlə bu dəhlizin “qırmızı xətt” olacağını bildirir. Digər tərəfdən İran “Zəngəzur dəhzlizi”nin öz ərazisindən keçməsinə nail olmaq istəyir və bu təkliflə də çıxış edib. “Zəngəzur dəhlizi”nin İran əraisindən keçməsinə isə nə Qərb, nə də ABŞ razı olmayacaq. O , zaman “Zəngəzur dəhlizi”nin açılması artıq reallığa çevrilib və qısa zamanda bu baş verəcək.
Qoşqar Salmanlı