Avropa Liqasının pley-off mərhələsinin iki oyununda Portuqaliya “Braqa”sına qalib gələn (4:2, 2:3) Azərbaycan “Qarabağ”ı turnirin 1/8 finalına vəsiqə qazanıb.
azerisport.com xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi bu gün, fevralın 23-də Nyonda (İsveçrə) keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qurban Qurbanovun komandasının potensial rəqibləri arasında əvvəllər qruplarında qalib gələn yeddi klub var: “Vest Hem” (İngiltərə), “Brayton” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Liverpul” (İngiltərə), “Vilyarreal” (İspaniya) və “Slaviya” ” (Praqa, Çexiya).
Qarşılaşmalar martın 7-14-də baş tutacaq.