Məndən soruşdular ki, Dağlıq Qarabağ 86 min 600 kvadrat kilometr əraziyə daxildirmi? Cavab verdim ki, bəli, daxildir.
Ulusal.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “Birinci kanal”ına müsahibəsində deyib.
“Bəli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır – 86 min 600 kvadrat kilometr. Ermənistan bu bəyanatla vəziyyətin arxitekturası və böhranın həlli ilə bağlı Azərbaycanla razılaşmanı imzalamağa çalışır”, – Paşinyan bildirib.publika