image-rt-reklam
image-3backend

Bakı Xankəndiyə daxil olur

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan separatçıların yeni “rəhbəri” Samvel Şahramanyanı təbrik etməməsini belə izah edib: “Vəziyyət elədir ki, təbrik etməyin o qədər də mənası yoxdur və onun (Samvelin) üzərinə çox ağır məsuliyyət qoyulub”. Daha sonra əlavə edib ki, “beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər”, yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.

Paşinyan bununla açıq şəkildə mesaj verir:

– Şahramanyan üzərinə qoyulan “ağır məsuliyyət”in altında qalacaq;
– İrəvan Xankəndidəki separatçıların yaxın dövrdə ləğv ediləcəyi perspektivini gördüyü üçün buna uyğun mövqe sərgiləyir;

Beynəlxalq birliyin Xankəndidəki separatçıların qondarma “seçkisi” ilə bağlı sərgilədiyi mövqe də göstərir ki, artıq qondarma rejimin sonu yaxınlaşıb. Eyni zamanda, bu gün Ağdam-Xankəndi yolunun açılması separatizmin ləğv edilməsi və erməni əhalisinin yaşadığı ərazilərdə rəsmi Bakının mərkəzi hakimiyyətinin bərpa edilməsi yaxındır. İstisna deyil ki, təslim olmayan separatçıların və onların silahlı dəstələrinin zərərsizləşdirilməsi üçün anti-terror əməliyyatı da keçirilə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90