Azərbaycan və Ermənistan eyni dərəcədə başa düşür ki, nəqliyyat dəhlizlərinin açılması prosesi necə davam etməlidir.
Bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Moskvada keçirilən üçtərəfli görüşünün yekunları barədə danışarkən deyib.
O qeyd edib ki, üç ölkənin liderləri Baş nazirin müavinləri arasında aparılan danışıqlardan sonra yeni görüşün lazım olub-olmamasına qərar verəcəklər.