15 oktyabr 2025-ci il tarixində saat 10:00-da Bakı KOB Evində “Türk Dünyasında Qadın Gücü” adlı tədbir keçiriləcək.
Referans bildirir ki, tədbir “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Samsun İş Qadınları Dərnəyi (SAMİKAD) tərəfindən birgə təşkil olunur.
Tədbirin əsas məqsədi Azərbaycan və Türkiyə qadın sahibkarları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, qadınların iqtisadi fəallığının artırılması və birgə layihə perspektivlərinin müzakirəsidir.
Tədbirdə çıxış edəcəklər:Tədbirdə çıxış edəcəklər:
Samir Hümbətov – KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini
Hicran Hüseynova – Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Ufuk Turganer – Şimali Kipr Türk Respublikasının Bakıda nümayəndəliyinin rəhbəri
Şehnaz Dereli – SAMİKAD İdarə Heyətinin sədri
Səkinə Babayeva – Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri
Tədbir çərçivəsində qadın sahibkarların iqtisadi fəallığının gücləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və ortaq təşəbbüslərin inkişafı istiqamətində fikir mübadiləsi aparılacaq.