image-rt-reklam
image-1backend

Bu ölkə ilk mülki nüvə bunkeri tikir: Rusiyanın təhdidlərinə qarşı

image-728x90

Cənubi Koreya hakimiyyəti ölkədə ilk mülki nüvə bunkeri inşa etməyi planlaşdırır. Obyekt Sonpxa-qu əyalətinin Qarak-don yaşayış kompleksinin altında yerləşəcək.

Ulusal.az xəbər verir ki, bu barədə “Korea Herald” məlumat yayıb.

Tikinti 2028-ci ilə qədər başa çatdırılacaq. Layihə Şimali Koreyadan artan hərbi təhdidlərə və qlobal qeyri-sabitliyə, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq yerli təhlükəsizlik tədbirlərinin bir hissəsi kimi həyata keçirilir.

Yeraltı sığınacaq vətəndaşları mümkün nüvə, bioloji və kimyəvi hücumlardan qoruyacaq. Bunker 1240 mənzildən ibarət 16 mərtəbəli binanın üçüncü zirzəmisində, 2147 kvadratmetr ərazini əhatə edəcək, eyni anda 1020 nəfəri sığınacaqla təmin edəcək. Ventilyasiya, su, anbar və kanalizasiya sistemləri sayəsində sakinlər fövqəladə hallarda 14 günə qədər avtonom qala biləcəklər.

Layihənin ikili funksiyası var: sülh dövründə bunker ictimai fitnes mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, Seulda mülki istifadə üçün xüsusi tikilmiş və nüvə təhlükəsizliyi avadanlıqları ilə təchiz olunmuş ilk obyekt olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90