image-rt-reklam
image-1backend

Maştağa şəhər olacaq? – “Statusun dəyişdirilməsi həqiqətən aktualdır”

image-728x90

Bakı və Abşeron yarımadasının bir sıra yaşayış məntəqələri intensiv miqrasiya nəticəsində xeyli böyüyüb və artıq kənd və ya qəsəbə statusu daşıyan Masazır, Məhəmmədi, Maştağa və Novxanı və s. məntəqələrin hər birinin sakin sayı 50 min nəfəri ötüb. Hətta bəzi qəsələblərin əhalisi 100 min nəfərdən çoxdur.

Bir sıra rayonlarda əhali sıxlığı nəzərə alınaraq seçki dövründə 3 və ya 4 seçki dairəsi yaradılır. Bu onu göstərir ki, Abşeron yarımadasında bəzi yaşayış məntəqlərinə şəhər, yaxud peyk-şəhər statusu verilməli, yəni ümumən inzibati statusa yenidən baxılmalıdır.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Elman Məmmədov deyib ki, yaşayış məntəqələrinin statusunun dəyişdirilməsi həqiqətən aktualdır:

“Bakının 32 kəndi ilə bağlı mütəmadi olaraq bu sayaq məlumatlar təqdim olunur. Keşlə, Zığ və Əhmədli kimi kəndlər öz qədim adlarını saxlasa da, faktiki olaraq paytaxtın içində əriyib gedib. Hətta Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhəri yaxın keçmişə qədər kənd idi.

Hazırda inzibati olaraq, kənd, qəsəbə yaxud şəhər tipli qəsəbə olan yaşayış məntəqələrinin statusuna yenidən baxmaq olar. İstər ərazi baxımından, istərsə də əhali sayının sürətlə artımını nəzərə alsaq, belə bir addım onların inkişafına da müsbət töhfə verə bilər. Məsələn, hazırda əhalisi 50 mindən çox olan məntəqələrin kənd statusunda qalması inzibati olaraq düzgün deyil. Bunlar artıq qəsəbə statusu almalıdır. Yaxud 100 mindən çox vətəndaşın yaşadığı qəsəbələr tədricən şəhər tipli qəsəbə və ya şəhər statusu ala bilər. Bu olduqca maraqlı məsələdir və bununla bağlı təkliflər, müzakirələr aparmağa dəyər. Belə məsələlərə diqqət yetirmək vacibdir”.

Deputat qeyd edib ki, paytaxtın inzibati bölgüsünün dəyişdirilməsi bir sıra problemlərin həllinə kömək edə bilər:

“Misal üçün, Nyu-York olduqca böyük şəhərdir. Hətta deyərdim ki, dünyanın ən böyük şəhərlərindən biridir. Nyu-Yorkun cəmi 4 rayonu var.

Bakı və ətraf qəsəbələrə gəlincə, mütəxəssis rəyləri daha vacibdir ki, rayonlaşma, yaxud bütövləşmə sistemlərinin hansı daha səmərəlidir. Paytaxtın inzibati ərazi quruluşunun dəyəşdirilməsi Bakının tıxac və digər problemlərinin azaldılması istiqamətində müsbət nəticələr verə bilər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90