image-rt-reklam
image-1backend

İcarədardan Azay Möhnətova yeni ittihamlar: Kompensasiya maxinasiyası…

image-728x90

“Eurohome” inşaat bazarında kompensasiya qalmaqalı davam edir.

Ulusal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2019-cu ildə bazarda baş vermiş yanğın zamanı 200 000 manat ziyana düşən icarədar Rafiq Ocaqverdiyev ona ödəniləcək kompensasiyanı hələ ala bilmədiyinə görə müxtəlif qurumlara şikayətlərini davam etdirir.

Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində bildirib ki, “Eurohome” inşaat bazarının sahibi Azay Möhnətov 6 ilə yaxındır müxtəlif bəhanələrlə ona çatacaq kompensasiyanı ödəməkdən yayınır: “Hər dəfə bir bəhanə gətirir və yaxud da hər dəfə quru vədlər verir. 6 ildir ki, kompensasiyanı ala bilmirəm. Yuxarı instansiyalara müraciət etmişəm. Artıq cavablar gəlib. Güman edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılacaq və haqq-ədalət yerini tutacaq”.

İcarədar əlavə edib ki, Azay Möhnətov heç də maliyyə sıxıntısı yaşamır:

“Onun kompensasiya ödəməməsi maddi vəziyyəti ilə bağlı deyil. Bazarın yanmasına baxmayaraq, Azay Möhnətov heç də ciddi şəkildə ziyana düşməyib. Ziyan çəkən biz icarədarlarıq. Azay Möhnətov ziyana düşsəydi, yanğından sonra bazarı daha da 6 metr qabağa çəkməzdi. Bakıda onlarla biznes obyektin var, maddi sıxıntı çəkmirsən, bəs mənim haqqım olan kompensasiyanı niyə ödəmirsən? Dövlətin qanunlarını niyə ayaq altına atırsan?

Axı hər kəs bilir ki, bazarıdakı yanğın rəhbərliyin yanğın təhlükəsizliyinə əməl etməməsi üzündən baş verib. Yəni, bu bizim təqsirimiz deyil. Azay Möhnətov kompensasiya maxinasiyası ilə məşğuldur. Məsələn, bizə demişdi ki, guya icarə haqqı almayacaq. Bir il almadı, amma növbəti il icarə haqqını ikiqat artırdı. Dövlət buna deyir kompensasiya ödə, bu adam isə bax belə maxinasiyalara əl atır”.
Rafiq Ocaqverdiyev əlavə edib ki, bazarda ondan başqa da kompensasiya almayanlar var. İcarədar bildirib ki, vaxtilə şikayətçi olan mağaza sahiblərinin kompensasiyası ödənilib:

“Biz o vaxt şikayət etmədik. Çünki Azay Möhnətova inandıq. Dedik insandır, bir işdir başına gəlib, deyirsə ödəyəcəm, deməli ödəyəcək. Amma artıq 6 il keçib. Görürük ki, Azay Möhnətovun dediyi sözlər sadəcə bizim başımızın altına yastıq qoymaq məqsədi daşıyırmış. Onu da qeyd edim ki, bazarda yanğın baş verəndə rəsmi səviyyədə bəyan edildi ki, icarədarlara kompensasiya ödəniləcək. Müxtəlif dövlət qurumlarında bu məsələ ilə bağlı görüşlər keçirilib, müzakirələr aparılıb və s. Yəni, biz durduq yerdə kompensasiya tələb etmirik”.

“Eurohome”da baş verən yanğının bazar rəhbərliyinin məsuliyyətsizliyi üzündən baş verməsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şəxsində rəsmi səviyyədə də bəyan edilib. Bazarda ikinci dəfə yanğın baş verəndə nazir bildirib:

“EuroHome” ilk dəfə yanandan sonra bura dəfələrlə xəbərdarlıq olunub. Obyektin təmiri tam bitməmiş, tərəfimizdən qəbul olunmamış obyektə yenidən mallar qəbul ediblər. Bu obyekt sahibi nə qədər məsuliyyətsiz insandır ki, özünə aid olan şəxsi bir obyekti bu qədər təhlükəli şəkildə işlədir. Nəticədə sahibkarlara zərər dəyir. Bu hadisədən sonra obyekt haqqında hüquq-mühafizə orqanları daha ciddi tədbir görəcəklər və layiqli cəzasını almalıdır”.

İndi görünən odur ki, Azay Möhnətov kompensasiyanı ödəməməklə öz məsuliyyətsiliyinin acı nəticələrini icarədarların çiyninə yükləməyə çalışır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90