image-rt-reklam
image-1backend

Pirallahıda bayrağa hörmətsizlik: Bayraq dirəyi boş qalıb (VİDEO)

image-728x90
Pirallahı rayonunda, “Gənclər parkı”nda, uzunluğu təxminən 70 metr olan bayraq dirəyi boş qalıb. Bayraq yığışdırılaraq, aparılıb.

Məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar zaman-zaman bayraq cırıldığı üçün Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən belə bir qərar verilib.

Sakinlərin “Sitat.info”ya dediklərinə görə, yalnız bayramdan-bayrama bayraq görürlər.

Lakin normal hava şəraitində belə bayraq asılmır. Ərazidə olduğumu zaman məlumatlar əldə etdik.

Bildirildi ki, bayraq cırılıb, icra hakimiyyətində saxlanılır.

Məsələ ilə bağlı Pirallahı RİH-lə əlaqə saxladıq. Təəccüblüsü odur ki, onlar da bu məsələdən xəbərsizdir.

Sitat.info olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bildirək ki, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı İmanov Vasif Həsən oğludur. O, bu vəzifəyə 7 mart 2013-cü ildə təyin edilib.

Sitat.info videonu təqdim edir:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90