Yüz minlərlə miqrant Rusiyada qeyri-qanuni yaşayır və deportasiya ilə üzləşib.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildiri.
Onun sözlərinə görə, 1 ay əvvəl, sentyabrın 10-da Nəzarətdə olan Şəxslərin Reyestrinə – ölkədə qeyri-qanuni yaşayan vətəndaşların məlumat bazasına daxil edilmiş əcnəbilərin Rusiyada qalma müddəti başa çatıb.
Sentyabrın 1-nə olan məlumata görə, reyestrdə 770 min miqrantın adı qeyd edilib və onların üçdəbiri qadın və uşaqlardır.
Volodinin sözlərinə görə, hazırda bu şəxslərə qarşı genişləndirilmiş nəzarət və bir sıra hüquqlara məhdudiyyətlər daxil olan deportasiya rejimi tətbiq edilib. Konkret olaraq, bura miqrantlara sürücülük vəsiqələri almağı, daşınmaz əmlak və nəqliyyat vasitələri ilə əməliyyatları qeydiyyata almağı, evlənməyi, bank hesablarının açılmasını və pul köçürməsini qadağan etmək daxildir.Yenisabah.az