image-rt-reklam
image-img-20251014-wa0003backend

Türk parlamentləri arasında üçtərəfli görüş – FOTOLAR

image-728x90

Bu gün Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasının Parlamentlər arası İşçi Qrupları 2-ci toplantısı Şimali Kipr Türk Respublikasının paytaxtı Levkoşada bir araya gəlib. 3 ölkənin parlamentlərindən gəlmiş 6 nümayəndə heyətinin iştirakı ilə “Sülh və Təhlükəsizlik” mövzusunda dinləmələr təşkil olunub.

Dinləmələrə başlamazdan əvvəl Şimali Kipr Türk Cümhuriyəti Məclisinin sədri Ziya Öztürklər qonaqları Cumhur Məclisinin yeni binasında qəbul edilib. Azərbaycandan və Türkiyədən gəlmiş qonaqları salamlayan Məclis sədri Qəbələdə “Sülh və Təhlükəsizlik” devizi altında keçirilmiş TDT Dövlət Başçıları Şurasının XII Zirvəsində müzakirə olunan mövzunun aktuallığından danışıb və dövlət başçılarının Qəbələ Zirvə görüşünün yekun Bəyannaməsini yüksək qiymətləndirib. Türk dünyasının sülh və təhlükəsizliyin təmin olunması üçün parlament səviyyəsində birgə əməkdaşlığın faydalı olacağına əminliyini bildirib. Daha sonra Cumhur Məclisinin iclas zalında nümayəndə heyətlərinin birgə toplantısı keçirilib.

3 saat davam edən toplantıda Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlər arası İşçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev türk dünyasında sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı Azərbaycan dövlətinin təşəbbülərindən və Milli Məclisin parlament diplomatiyası səviyyəsində apardığı fəaliyyətlərdən bəhs edib. Azərbaycan-Türkiyə Parlamentlər arası İşçi Qrupun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyəti arasında münasibətlərin özünəməxsus xarakterindən, iki ölkə arasında müttəfiq münasibətlərindən danışaraq bu əlaqələrin digər türk dövlətləri ilə qarşılıqlı münaisbətlərin inkişafı üçün dəyərli örnək olduğunu vurğulayıb. Millət vəkilləri Azər Əmiraslanov, Ağalar Vəliyev və Əziz Ələkbəli də öz çıxışlarında türk dünyası miqyasında qarşılıqlı əlaqələrin inkişafında mövcud dinamikanın inkişaf etdirilməsi zərurətindən və yollarından danışıblar. Toplantıda çıxış edən Türkiyə və Şimali Kipr millət vəkilləri də qarşılıqlı münasibətlərin Bir millət üç dövlət ruhunda inkişaf etdirilməsinin türk dünyasının inteqrasiya proseslərinə verəcəyi töhfəni yüksək qiymətləndirdiklərini bildiriblər.

Milli Məclisin nümayəndə heyətinin Şimali Kİpr Türk Cümhuriyyətinin rəhbərləri görüşləri sabah da davam etdiriləcək.

Akif Salam
Əməkdar jurnalist

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90