image-rt-reklam
image-1backend

İlham Əliyev Misirdə yenə diqqət mərkəzində idi – Politoloq

image-728x90

” Azərbaycan Prezidenti İlham Əliyev son dövrlər Misirdə keçirilən tədbirdə yenə diqqət mərkəzində idi.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, artıq böyük güclər, xüsusən də ABŞ, Azərbaycanın liderinin qətiyyətinə etibar edir və verdiyi sözün üstündə duracağına tam əmindirlər.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda görüşdükdən sonra, iki ay ərzində 4 dəfə bir araya gələrək fikir mübadiləsi aparıblar. Hər iki ölkənin lideri bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlətlər Birliyi və Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində. Bu görüşlər zamanı onlar həm də bir-biriləri ilə dialoq qurmağa və fikirlərini paylaşmağa fürsət tapıblar. Gələn ilin sonuna qədər digər beynəlxalq tədbirlərdə də bu dialoqun davam etdiriləcəyi və bunun Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına müsbət təsir mümkündür.  Ermənistanın radikal qüvvələri,  Nikol Paşinyanın İlham Əliyevlə artan təmaslarından narahatdır. Bu qüvvələrin “bu görüşlər Ermənistanın maraqlarına ziddir” kimi məntiqsiz açıqlamaları heç bir nəticə vermir, çünki belə bəyanatlar faktiki olaraq onların mövqeyini zəiflədir.” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90