image-rt-reklam
image-1backend

Hicran Əyyubovadan daha bir şikayət

image-728x90

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlının təzyiqlərə məruz qalması ilə bağlı şikayətindən sonra redaksiyamıza kollec rəhbərliyi ilə bağlı daha bir müraciət daxil olub.

1xeber.media xəbər verir ki, bu dəfə kollecin müəllimləri heç bir əsaslı səbəb olmadan kütləvi şəkildə işdən çıxarıldıqlarını deyirlər.

“Mən Allahverdiyeva Xumarə 05 oktyabr 2020-ci ildən etibarən Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar
Kollecdə işlədiyim müddətdə mənimlə hər üç aydan bir əmək müqaviləsi bağlanıb.

Lakin sonradan kollecin yeni təyin olunan direktoru Hicran Əyyubova tərəfindən mənə qarşı ədalətsiz və və qeyri- insani davranışlar göstərərək əmək hüquqlarımı kobud şəkildə pozmuşdur
Belə ki, Direktor mənə qarşı psixoloji təziq və ayrı-seçkilik nümaiş etdirib. Rəsmi məzuniyyətim dövründə məni işə çağıraraq ağır fiziki işlər- idman zalindan anbara əşyaların daşınması, otaqların təmizlənməsi kimi vəzifə öhtəliyimə aid olmayan tapşırıqlar verib. Məzuniyyətdən qayıtdıqdan sonra tədris otağına müvəqqəti yerləşdirərək mənə tədris işləri tapşırıb və bu şəkildə öz əsas vəzifəmi icra etməyə mane olub hazırladığım sənədlər dəfələrlə dəyişdirilib məqsədli şəkildə məni bezdirmək və işdən uzaqlaşdırmaq cəhtləri olub Əmək müqaviləmdə nəzərdə tutulmayan arxiv və digər ağır inzibati işlər mənə gördürülüb. Direktor açıq şəkildə bizə kargüzar lazım deyil deyib və müqaviləyə xitam verdikdən bir gün sonra öz tanışını həmin vəzifəyə yerləşdirib.

Mənim imzalı akt sənədimi Hicran Əyyubovanın gətirdiyi əməkdaş itirib məsələ isə gizlədilib. İş vaxtı 9:00 olduğu halda bizi işə qanunsuz olaraq 8:30 da çagırıb 8:36 da kollece daxil olmuşam buna görə də izahat yazdırıb və tabelə imza cəkməyimə qadağa qoyulub. Atam rəhmətə gedən ərəfədə insan resurlarına yaxınlaşıb oktyabr ayının 2 si ücün ərizə yazmışam insan resurları üzrə mütəxəsis əmək müqaviləsinə 1 oktyabr tarixində xitam verləcəyi barədə xərdardar etməyib . Bütün bu hallar mənim əmək hüquqlarımın pozulması iş şəraitimin süni şəkildə çətinləşdirilməsi qanunsuz olaraq işdən uzaqlaşdırılma halları daşıyır”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90