Çox əhəmiyyətli ərazidə yerləşən və məhsuldar torpaqlara sahib olan Türkiyə əsrlər boyu çoxlu mədəniyyətlərə ev sahibliyi edib.Tarixin qədim dövrlərindən qalan mədəni irslərin əksəriyyəti günümüzə qədər gəlib və kəşf olunacağı günü gözləyir. Türkiyə bəlkə də qədim abidələri ilə dünya tarixini özündə əks etdirir. Bu günkü yazımızda Türkiyənin ən şimal hissəsində yerləşən Sinop haqqında sizə məlumat verəcəyik.
Sinop turizmin mərkəzi hesab edilir. Sinopda cəmi 60 min əhali yaşayır.
Sinop şəhərinin tarixi o qədər qədimlərə gedib çıxır ki, sadəcə adı ilə bağlı bir neçə hekayə eşitmək mümkündür. Bu hekayələrdən birinə görə, şəhərin adı mifologiyada pəri olan çay tanrısı Asoposun qızı Sinopedən götürülüb. Hekayəyə görə Sinopeyə aşiq olan Zevs ondan qorxan su pərisini cənnətə oxşayan Qara dənizin yamyaşıl sahillərinə buraxır. Elə həmin sahillər hazırda Sinop adlanır. Sinopla bağlı başqa bir hekayə isə şəhərin adının Amazon kraliçası Sinovadan gəlməsi ilə bağlıdır. Hətta mifologiyada yer alan bu gözəl şəhər həm də qədim mütəfəkkirlərdən Diogenin doğulduğu yer kimi də tanınır.
Çəlləkdə yaşayan adamın yanına Makedoniyalı İskəndər gəlib deyir: “Məndən dilədiyin bir şey varmı?”. O isə belə cavab verir: “Sən mənim isindiyim günəşin önünü kəsdin. Ona görə istəyim odur ki, qarşımdan çəkiləsən”. Bax, bu sözü deyən adam qədim yunan filosofu, Antisfenin tələbəsi, Kinik məktəbinin nümayəndəsi, yaşayışı ilə insanları həqiqətə səsləyən, təbiətə uyğun həyat çağırışına tabe olan, hər şeyi üzə deyən kobud insan, Platonun təbirincə desək, “Dəli Sokrat”, açıq şəkildə ictimai əxlaqa qarşı olan adam – epataj üslubunun ilk fəlsəfi nümayəndəsi, ömrünü son dərəcə kasıb olaraq keçirən, əlində fənəri ilə gəzən və çəlləkdə yaşayan Sinoplu Diogendir (e.ə.400 – e.ə.323). Bu gün onun məmləkətinə gedirik.
Sinopun tarixi təxminən 5 min il əvvələ gedib-çıxır. Şəhər qədim zamanlardan dəniz ticarətinin mərkəzində olub və buna görə də əsrlər boyu bir çox mədəniyyətlərə ev sahibliyi edib. Qara dənizə hakim olmaq istəyən Frigiya, Fars, Roma, Bizans, Səlcuqlu və Osmanlı dövlətlərinin tərkibində olub.
Sinop yarımada şəklində, dənizə doğru uzanan, yəni üç tərəfdən su ilə əhatə olunmuş bir şəhərdir. Şərq ucundan başlayaraq Sinopu dolaşaq. Gözəl körfəzlər və çimərliklər. Limana lövbər atıb Sinop qalasına üz tutaq. Nə vaxt, necə, kim tərəfindən ucaldıldığı tam təsbit olunmayan qala Pontus kralının saray, teatr, gimnaziya və şəhər divarları ilə çevrələnib, Roma, Bizans, Səlcuqlu və Osmanlı dövrlərində də qorunub. Qalanın sıldırım pilləkənləri ilə birlikdə yavaş-yavaş qalxınca möhtəşəm Sinopun mənzərəsi insanı heyran edir, yorğunluğunu unutdurur.
Sinopda Əlaəddin məscidi (Alaaddin Cami) var. Anadolu Səlcuqlu sultanı Əlaəddin Keykubat tərəfindən tikilib. Yaşı 800 ili keçən məscid Sinopun ən qədim tikililərindən sayılır.
Pərvanə mədrəsəsi Əlaəddin məscidinin arxasında yerləşir. Bu mədrəsə mərmər girişi, bəzəkləri, fəvvarəsi və otaqları ilə cəlbedicidir. Vaxtilə təhsil ocağı olan mədrəsə bu gün yerli sənətkarlıq bazarı kimi fəaliyyət göstərir.
Sinop şəhərinin mərkəzində gələnlərin diqqətini bir bina çəkir. İç qala deyilən hissədə yerləşən bu bina Tarixi Sinop Həbsxana Muzeyidir (Tarihi Sinop Cezaevi Müzesi). Sinop deyildikdə fikrə gələnlərdən biri Diogendirsə, digəri də bu həbsxanadır. Bir vaxtlar “Anadolu Alkatrazı” adlanan bu yer qoşa sütunları və dənizi ilə qaçmağın qeyri-mümkün olduğu yer idi. Bu səbəbdən o məşhur Alkatraz həbsxanasına bənzədilib. Əvvəllər gəmiqayırma zavodu kimi tikilib, bir əsr sonra həbsxanaya çevrilib. Ədəbiyyat və incəsənət dünyasının tanınmış adamlarından da bu həbsxanaya düşənlər olmuşdu.
Bu gün həbsxana açıq hava muzey kimi fəaliyyət göstərir. Tarixin izlərini daşıyan həbsxanada Türkiyənin film və serialları çəkilib. Orjinal halında qorunan otaqları, hündür divarları, zindanları və məşhur adları ilə Tarixi Sinop Həbsxana Muzeyi qapılarını onunla maraqlanan hər kəsə açır.
Muzeyin yaxınlığında məşhur mütəfəkkir Diaogenin heykəli var. Kinizm fəlsəfəsinin öndə gedən adlarından biri olan Diogen xoşbəxtliyin ən sadə şəkildə yaşamaqla əldə oluna biləcəyi fikrini müdafiə edirdi. O, çəlləkdə yaşayırdı. Deyirlər ki, Diogen gündüzlər fənərlə gəzib düzgün adam axtarırmış. Ona görə də Diogenin heykəli əlində fənərlə təsvir edilib.
Sinopun mərkəzindən çıxınca isə şəhərin təbii gözəlliklərinə heyran qalırsan. Bu yerlərin də özünəməxsus hekayələri var.
Misilsiz təbii gözəllikləri ilə görənləri özünə heyran edən Sinop əsrlər boyu liman şəhəri olub və Xet, Frigiya, Lidiya, Fars, Roma, Bizans, Səlcuqlu, Candaroğlu və Osmanlı kimi bir çox sivilizasiyaya ev sahibliyi edib. İlk məskunlaşma tarixi Tunc dövrü ilə başlayan şəhər, coğrafi mövqeyinə görə qədim zamanlardan ticarət mərkəzi olmuşdur. Qara dənizə hakim olmaq istəyən bütün tayfalar Sinopda məskunlaşaraq öz sivilizasiyalarının qalıqlarını qoyub gediblər. Şəhərin zəngin tarixinin izlərini hər yerdə görmək mümkündür.
Bir şəhəri ziyarət etmək, yalnız dəniz qumu və günəşdən daha çox şəhəri yaşamaq, öyrənməkdir. Və öyrətmək istəyirsinizsə mənim fikrim, tarixi yerləri ziyarət etməkdir. Məhz buna görə Sinopun ən görməli yerlərini sizin diqqətinizə çatdırırıq.
Sinop qalası
Tarixi məlumatlara görə Sinop Qalası M.Ö. inşa edildiyi təxmin edir. Bəzi mənbələrdə bu qalnın 7-ci əsrdə inşa edildiyi deyilir. Roma, Vizantiya və Anadolu Səlcuqlu dövründə İsfəndiyaroğulları dövründə fəal şəkildə istifadə edilmişdir. Sinopun Mərkəzində zirzəmiyə girərkən açılan bir qapı yeraltı yollarla sizi bu qalya apara bilər. Qalanın pilləkənləriylə birbaşa əlaqəli olan Sinop sahilinin və Sinopun yuxarıdakı panoramasını görə bilərsiniz.
Tarixi Sinop Cezaevi
Sinopda 4000 il yaşı olan tarixi bir həbsxana var. Həbsxana 3 tərəfi dənizlə əhatə olunub.
Bu həbsxanada Türkiyənin bir çox məşhuru cəza çəkib.
Həbsxanadan qaçmanın mümkün olmadığı, rəvayətlərə görə qaçmağa çalışan 2 adamdan birinin boğularaq öldüyü, digərinin isə meşəlikdə yoxa çıxdığı bildirilir. Türkiyənin məşhur seriallarından bir neçəsi burada lentə alınıb.
Həbsxana indi muzey kimi xidmət edir.
Sinop Arxeologiya Muzeyi
Sinopun ən gəzməli və görməli olduğunuz yerlərindən biri Arxeologiya Muzeyidir. Digər tərəfdən muzey 1970-ci ildə ziyarətçilərin girişinə açıq elan edilib. aBu məşhur Muzey 2001-ci ildə bərpa edildi və 2006-cı ildə yenidən qapılarını ziyarətçilər üçün açdı.
Erfelek Şəlaləsi
Erfelek Tatlıca Şəlalələri Sinopun ən gözəl yerlərindən biridir. SSinopun mərkəzindən 30 km məsafədə olan şəlalələr 28 kiçik şəlalədən ibarətdir. Olduqca maraqlı məqamlardan biri ondan ibarətdir ki, bu şəlalər 1997-ci ildə aşkar edilib.Bu şəlalələr 1997-ci ildə Erfelek Su anbarının başlanğıcında burada çalışan işçilər tərəfindən təsadüfən tapılmışdır.
Hamsilos Kəndi
Sinop mərkəzindən 11 km uzaqlıqda olan bu kənd əsl bir təbiət möcüzəsidir. Yolunuz Sinopa düşsə mütləq bu kəndi ziyarət edin.
Etnografya Muzeyi
Sinopda olan Etnoqrafiya Muzeyi turistlərin ən sevdiyi məkanlardan biridir. Bu muzeyin yerləşdiyi binanın XVIII əsrdə inşa edildiyi bildirilir.
İnaltı Mağarası
Eradan əvvəl inşa edildiyi bildirilən İnaltı Mağarası öz qədimliyi və əzəməti ilə turistlərin diqqətini çəkir.
Ayancık rayonundan təxminən 40 km məsafədə olan mağaraya giriş çətin olduğuna görə bura giriş kənd yolu ilə edilir. Orta eni 5 m, hündürlüyü isə 5-15 m-dir. Ümumilikdə mağaranın uzunluğu 700 m-dir. Mağaranın divarları travertenlərlə örtülmüşdür.
İnceburun Fənəri
Çoxlarının Türkiyənin simvolu adlandırdığı İnceburun ölkənin ən şimal nöqtəsindədir. Dəniz səviyyəsindən 38 metr yüksəklikdə tikilən fənər, Qara dənizdə baş verən dalğalara meylli olan daşların üstündə yerləşir. 1863-cü ildə tikilib Şəhər mərkəzindən 20 km aralı olan Fənərəhər gün yüzlərlə turist gəlir.
Türkiyənin bu qədim şəhərini ziyarət etmək istəsəniz, mütləq bu şəhərdəki qədim tarixə malik abidələri ziyarət edin.
Qoşqar Salmanlı