image-rt-reklam
image-777backend

Stepan Qriqoryan: “Bu il Azərbaycan Qarabağı tam nəzarətə götürəcək”

image-728x90

Ermənistanda son günlər Azərbaycanın müharibə hazırlığı içində olduğuna dair isterika yaşanır. Bununla bağlı çeşidli xəbərlərlə yanaşı, həm də erməni politoloqları da haray-həşir salıblar. Onlar Tik Tokda köhnə kadrlara əsaslanıb (onların bir çoxu 2020-ci ilə aiddir-red) Azərbaycanın hücum edəcəyini iddia edirlər.

Ulusal.az xəbər verir ki, isterika içində olan erməni politoloqlarından biri də Stepan Qriqoryandır. O, “Jamanak Haykakan” qəzetinə müsahibəsində deyib ki, Azərbaycanın guya, hərbi texnika cəmləməsi və yerdəyişməsi hərbi əməliyyatlara hazırlıqdan xəbər verir. O iddia edib ki, gələn həftə keçirləcək Ermənistan-Amerika hərbi təlimləri Azərbaycan tərəfi üçün çəkindirici vasitə olacaq. “Deyək ki, müharibə yoxdur. Amma biz müharibədən sonrakı vəziyyətdəyik. Azərbaycan ya sərhədimizə, ya da Qarabağa davamlı olaraq hücum edir. Başqa bir sual budur ki, müharibə ehtimalı nə qədər böyükdür və bu, keçən sentyabrdakı kimi irimiqyaslı olacaqmı? Bu bir faktdır ki, ciddi təhlükə ilə üz-üzəyik. Lakin biz hazır olmalıyıq, dövlət qurumları bu istiqamətdə geniş işlər görməlidir”.

Erməni politoloq Azərbaycanın fəallaşmasını Türkiyə prezidenti Ərdoğanın Soçi səfəri ilə də əlaqələndirir . Onun sözlərinə görə, Ərdoğan Putinlə görüşündə Qarabağın nəhayət Azərbaycanın nəzarətində olması məsələsini qaldırıb.

Onun fikrincə, Türkiyənin başqa tələbi də var. “Bu, Ermənistandan keçəcək Zəngəzur Dəhlizinin açılmasıdır. Aydındır ki, bu gün Rusiya Türkiyənin yanındadır, onların ortaq maraqları var. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasını, Rusiya isə həmin dəhlizə, yəni Meğri yoluna nəzarət etmək istəyir. Bu arzusunu da gizlətmir. Amma Ermənistan açıq deyir: o, öz qanunvericiliyinə uyğun olaraq yol verəcək, heç vaxt dəhliz olmayacaq. Görüşdən sonra belə məlum olub ki, tərəflər arasında müəyyən razılaşmalar əldə olunub”.

Qriqoryanın iddiasına görə, Azərbaycanda guya, qismən səfərbərlik elan olunub. “Qismən səfərbərlik təsadüfən edilmir, bu, onların nəyəsə hazırlaşdıqlarını göstərir. Azərbaycan başlayacaq, Türkiyə isə tərəfdar olacaq. Onlara məlumat ötürmək və düşmən qoşunlarının fəal hərəkətini müəyyən edən tərəf isə Rusiya olacaq və bu missiyanı öz üzərinə götürəcək. Azərbaycan qoşunlarının hərəkəti həm Ermənistan sərhədində, həm Qafan ərazisində, həm Naxçıvanın sərhədində, həm də Qarabağda müəyyən edilib. Lakin Azərbaycan tərəfi Qarabağdan başlamayacaq. Çünki Rusiya ilə qarşıdurmaya getməyəcək. Əvəzində Ermənistana qarşı gücünü artıracaq. Eyni zamanda, bu, mütləq müharibə olacaq demək deyil. Bu hərəkətlər qorxutmaq və gərginlik yaratmaq üçün edilə bilər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90