image-rt-reklam
image-904080_srcbackend

Zelenski: Müharibə əsgərlərin dayandığı yerdə bitməlidir

image-728x90

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Ukraynaya qarşı apardığı müharibədə qələbə qazanmır və cüzi irəliləyişlər uğrunda böyük itkilər verir. Ulusal.az xəbər verir ki, bu barədə o, NBC News-a müsahibəsində danışıb.

“Biz bu müharibəni uduzmuruq və Putin də qələbə qazanmır. Onun ordusu hazırda zəif vəziyyətdədir. Müharibənin əvvəlindən bəri ruslar bizim ərazimizin cəmi 1 faizini ələ keçirə biliblər, lakin 1 milyon 300 min əsgər itiriblər. Bu torpaq üçün çox yüksək qiymətdir”, — Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, Rusiya cəbhədə uğur qazana bilmədiyi üçün hava hücumlarını gücləndirib. Zelenski artan hücumları ABŞ-ın siyasəti ilə deyil, Rusiyanın hərbi istehsalının artması və Şimali Koreya, Çin və İranın dəstəyi ilə izah edib.

“Bu, prezident Tramp haqqında deyil. Onlar daha çox istehsal etməyə başlayıblar. Şimali Koreya onlara kömək edir, avadanlıq Çindən gəlir, iranlılar isə dronlar üçün lisenziyalar veriblər”, — deyə o qeyd edib.

Zelenski Bloomberg-ə müsahibəsində isə bildirib ki, sülh danışıqları başlamazdan öncə müharibə mövcud cəbhə xəttində dondurulmalıdır.

“Biz bu müharibəni bitirməliyik və onun sonunu əsgərlərin dayandığı yerdən — təmas xəttindən başlamaq lazımdır. Biz Putinə əlavə heç nə verməməliyik”, — deyə o bildirib.

Bloomberg-in məlumatına görə, 16 oktyabrda ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığı zamanı Putin Ukraynadan Donbas üzərində nəzarətdən imtina etməsini tələb edib. Mənbələrin sözlərinə görə, Moskva bunun müqabilində Zaporoje və Xerson vilayətlərinin bir hissəsindən imtina etməyə hazır olduğunu bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90