Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Yüksək Seçki Qurumu qeyri-rəsmi nəticələrə əsasən prezident seçkilərini Cümhuriyyətçi Türk Partiyasının (CTP) başqanı Tufan Erhürmanın qazandığını açıqlayıb.
Ulusal.az xəbər verir ki, bu barədə Yüksək Seçki Qurumunun sədri Bertan Özerdağ məlumat verib.
Özerdağ bildirib ki, ölkə üzrə qurulan 777 seçki məntəqəsindən 753-nün qeyri-rəsmi nəticələri əldə olunub və iştirak nisbəti 62,83 faiz təşkil edib.
Onun sözlərinə görə, Erhürmanın səs faizi 62,80, Tatarın isə 35,77 faiz olub.
“Tufan Erhürmanın aldığı səs sayı 84 min 630, Ersin Tatarın aldığı səs sayı isə 48 min 208-dir. Təxminən 24 məntəqədən sonra qeyri-rəsmi nəticələr tamamlanacaq,” – deyə qeyd edib.
5-i müstəqil olmaqla ümumilikdə 7 namizədin yarışdığı seçkinin ilk turunda bülleten üzərində namizədlərin sıralaması belə olub:
1. Osman Zorba (Kıbrıs Sosialist Partiyası)
2. Tufan Erhürman (Cümhuriyyətçi Türk Partiyası)
3. Arif Salih Kırdağ (Müstəqil)
4. Ahmet Boran (Müstəqil)
5. Mehmet Hasgüler (Müstəqil)
6. İbrahim Yazıcı (Müstəqil)
7. Hüseyin Gürlek (Müstəqil)
8. Ersin Tatar (Müstəqil)
Qeyd edək ki, bülletendə 7-ci sırada yer alan Hüseyin Gürlek dünən Ersin Tatarın xeyrinə namizədlikdən geri çəkildiyini açıqlamışdı