Türkiyədə qadınlar məcburi hərbi xidmətə çağırıla bilər.
Ulusal.az xəbər verir ki, ölkədə qadınların məcburi hərbi xidmət keçməsi üçün yeni qanunun Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcəyi deyilir.
Bildirilib ki, təklif ölkə konstitusiyasında təsbit olunmuş “bərabərlik prinsipinə” istinad edir.
Hazırda Türkiyədə qadınlar üçün hərbi xidmət məcburi deyil. Qadınlar Türkiyə Silahlı Qüvvələrində yalnız könüllü olaraq zabit kimi xidmət edə bilərlər.
Qeyd edək ki, Norveç, İsveç, Finlandiya və İsrail kimi ölkələrdə də qadınlar məcburi hərbi xidmətə cəlb olunurlar.Publika.az