Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya vətəndaşlarından ibarət dəstə üzvlərinin Bakıda həbs müddətinin 3 ay uzadılması ilə bağlı “Mayak” radiosununun sualına telefonla belə cavab verib:
“Prezidentlər arasında Düşənbədə keçirilən ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu, ikitərəfli münasibətlərimizdə yeni bir səhifə açmaq baxımından çox vacib bir görüş idi. Hazırda gərgin iş gedir. Prezident bütün bu həssas məsələləri qaldırdı və onlar işçi səviyyəsində qaldırılır. Dialoqumuzu davam etdiririk”.























