image-rt-reklam
image-1backend

OPEC+ ölkələri neft hasilatını artırmağı planlaşdırır

image-728x90

Dünyanın ən böyük neft istehsalçıları alyansı olan OPEC+ ölkələri dekabr ayında hasilat kvotalarını bir qədər artırmaq barədə razılığa gəlməyi planlaşdırır.

Bu barədə “Reuters” məlumat yayıb.

Mənbələrin məlumatına görə, aprel ayından etibarən səkkiz OPEC+ üzvü hasilat kvotalarını gündəlik 2,7 milyon bareldən çox artırıb, bu da qlobal təklifin təxminən 2,5 faizinə bərabərdir.

Bu ölkələrə Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, İraq, Küveyt, Oman, Qazaxıstan və Əlcəzair daxildir. Üç mənbənin bildirdiyinə görə, həmin ölkələr bazar günü dekabr üçün kvotaların daha 137 min barel artırılması barədə razılaşma əldə etməyi planlaşdırır.

Eyni zamanda, dördüncü mənbə istisna etmir ki, bəzi üzv ölkələr gələn ay hasilat artımında fasilə vermək qərarına gələ bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90