Qarabağdan qaçan separatçıların İrəvanda planlaşdırdığı təxribatın qarşısı alınıb.
Ulusal.az xəbər verir ki, Ermənistanın revanşist qüvvələri və separatçılar Avronest Parlament Assambleyasının İrəvanda keçirilən ssessiyasında Qarabağda məhv edilən keçmiş qondarma rejimin “bayrağını” təqdim etməyə çalışıb.
Revanşistlər və separatçılar bu məqsədlə keçmiş qondarma rejimin “əski parçası”nı Ermənistan parlamentindəki müxalifət fraksiyaların masalarına qoyublar. Bununla Avronest sessiyası zamanı beynəlxalq diqqəti çəkəcəklərini planlaşdırsalar da, Ermənistan hakimiyyəti təxribatın qarşısını alıb. Məlumata görə, Ermənistan parlamentinin spikeri Alen Simonyanın əmri ilə qondarma “bayraqlar” parlamentdən yığışdırılıb.publika.az






















