image-rt-reklam
image-1backend

“O, qatildir, çox sərt adamdır…” – Trampdan qalmaqal yaradacaq AÇIQLAMA  

image-728x90

ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında baş verən gərginliyi necə yoluna qoymasından danışıb. O, bildirib ki, Hindistanın Baş naziri Narendra Modi və Pakistan rəhbərliyi ilə eyni vaxtda danışıqlar apararaq onları döyüşü dayandırmağa razı salıb.

Tramp deyib: “Mən Baş nazir Modiyə zəng edib dedim: “Biz sizinlə ticarət sazişi bağlaya bilmərik”.

O isə cavab verdi: “Yox, biz mütləq saziş imzalamalıyıq”.

Mən dedim: “Xeyr, siz Pakistanla müharibəyə başlayırsınız”.

Trampın sözlərinə görə, bundan sonra o, Pakistana zəng edərək bildirib:“Biz sizinlə də ticarət aparmayacağıq, çünki siz Hindistanla döyüşürsünüz. Axı siz hər ikiniz nüvə dövlətisiniz”.

Tramp əlavə edib ki, hər iki tərəf ona deyib: “Yox, siz bizə döyüşməyə icazə verməlisiniz”.

O, hər iki xalqı “döyüşkən və güclü insanlar” kimi xarakterizə edib.

Tramp Baş nazir Modi barədə də qalmaqallı fikir səsləndirib: “Baş nazir Modi mehriban insana bənzəyir. Baxırsan, elə bil müqəddəs atanı görürsən. Amma o qatil, çox sərt insandır. Dedi ki: “yox, biz vuruşacağıq”. Mən təəccübləndim, bu, tanıdığım Modi idi?”

Tramp qeyd edib ki, qısa müddət sonra tərəflər anlayış nümayiş etdiriblər: “Cəmi iki gün sonra onlar mənə zəng edib dedilər: “Biz hər şeyi başa düşdük”. Və döyüş dayandı”.

Tramp bu hadisəni misal gətirərək vurğulayıb ki, onun diplomatik təzyiqi nəticə verib və əlavə edib: “Bu inanılmaz deyilmi? Sizcə, Bayden belə edə bilərdimi?Məncə, yox”!”“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90