Azərbaycanda təşkil edilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına start verilib.
Ev sahibi milli komandamız ilk matçında Belçika yığması ilə üz-üzə gəlib. “Bayıl Arena”da baş tutan görüşdə komandamız inamlı qələbə qazanıb – 3:0. Millimizin heyətində Fərhad Əyyubov dubl edib və Sənan Hacıyev bir dəfə fərqlənib.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununda İsraillə üz-üzə gələcək. Oktyabrın 18-də “Bayıl Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 13:00-da veriləcək.publika.az