Vitse-prezident Korrekt.az açıqlamasında bildirib ki, yarışda 85 ölkədən 1637 idmançı iştirak eedib. Azər Aslanov bildirib ki, Azərbaycan komandası 6 qızıl, 1 gümüş və 5 bürünc medal qazanaraq ölkəmizi dünya arenasında layiqincə təmsil edib.
Vitse-prezident qeyd edib ki, bu uğur federasiya rəhbərliyinin strateji dəstəyi, məşqçilərin fədakar əməyı və idmançıların yorulmaz əzmkarlığının nəticəsidir. O, əlavə edib: “Hər medal — zəhmətin, intizamın və professional yanaşmanın məhsuludur. Qalib olan bütün idmançılarımızı, onların məşqçilərini və bu nailiyyətdə əməyi olan hər kəsi ürəkdən təbrik edirəm.”
Azər Aslanov vurğulayıb ki, Azərbaycan kikboksinqi yenə dünyada zirvədədir və federasiya bu uğuru daha da irəli aparmaq üçün fəaliyyətini davam etdirəcək.























