image-rt-reklam
image-image_750x_68f324815dcc5backend

Tramp bu raketləri Ukraynaya verməkdən imtina etdi: ABŞ-ın “Tomaqavk” raketlərinə ehtiyacı var

image-728x90

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerikanın “Tomaqavk” tipli qanadlı raketlərinin Ukraynaya verilməsi hazırda mümkün deyil. O bildirib ki, bu silahlar ABŞ ordusu üçün zəruridir.

Ulusal.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı, Kiyevin uzaqmənzilli raketlərin tədarükü ilə bağlı müraciətinə münasibət bildirərkən deyib.

“Bizə son dörd ildə Ukraynaya göndərdiyimiz ‘Tomaqavklar’ və bir çox başqa şeylər lazımdır”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri qeyd edib ki, bu cür silahların ötürülməsi regionda münaqişəni daha da gərginləşdirə bilər və “çox pis nəticələrə” səbəb ola bilər. O, həmçinin ümid etdiyini bildirib ki, Ukrayna böhranı uzaqmənzilli silahlardan istifadə edilmədən diplomatik yolla həll olunacaq.

Xatırladaq ki, Ukrayna hakimiyyəti dəfələrlə ABŞ-dan uzaqmənzilli raketlərin verilməsini xahiş edib. Lakin Vaşinqton münaqişənin genişlənməsi riskinə görə bu addımı atmaqdan çəkinib.

Maraqlı məqam odur ki, Tramp-Zelenski görüşündən əvvəl ABŞ prezidentinin Rusiya lideri Vladimir Putinlə telefon danışığı baş tutub. Ekspertlərin fikrincə, Trampın Ukraynaya “Tomaqavk” raketlərini verməkdən imtina etməsi Moskva ilə müəyyən razılaşmaların mövcudluğuna işarə edə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90