image-rt-reklam
image-default-1backend

Terror törətmək istəyən məktəbli həbs edildi

image-728x90

Dağıstan Respublikasında məktəbli terror fəaliyyətində iştirakda şübhəli bilinərək həbs olunub. Məlumata görə, “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvü azyaşlını TikTok vasitəsilə silah götürməyə və polis əməkdaşlarına hücum etməyə təhrik edib.

Ulusal.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istintaqa yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxs “TikTok”da İŞİD-in tanınmamış üzvü ilə əlaqə saxlayıb və Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum planlaşdırdığı zaman saxlanılıb.

İstintaq məlumatına əsasən, o, naməlum şəxsin sifarişi ilə tapança əldə etməyə cəhd göstərib. Məktəbli törədilən əməli etiraf edib, lakin müdafiə tərəfi onun cinayəti təzyiq altında etdiyini iddia edir.

RİA Novosti-nin əldə etdiyi məhkəmə sənədlərinə görə, Xuçnı kənd orta məktəbinin 11-ci sinif şagirdi terror təşkilatının fəaliyyətində iştirakda şübhəli bilinərək həbs edilib. Cinayət işi sentyabrın ortalarında başlanıb, məhkəmənin həbs qərarı isə oktyabrın əvvəlində qüvvəyə minib.

Müdafiə tərəfi gəncin yaşını və məktəbdə təhsil almasını nəzərə alaraq ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Onlar, həmçinin, şübhəlinin müsbət xarakteristikaya malik olduğunu və valideynlərinin nəzarəti altında saxlanıla biləcəyini bildiriblər.

Hazırda iş üzrə istintaq davam edir. Məktəbli 10 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90