image-rt-reklam
image-1backend

Aqil Abbasdan detektiv yazarına cavab: “Mən yazıq adam deyiləm”

image-728x90

“Çingiz Abdullayevin mənə yazığı gəlirsə, gəlsin. Çingiz Abdullayevdir də. Bu sözlərdə qeyri-adi heç nə yoxdur. Amma mən yazıq adam deyiləm, bunu hamı bilir”.Bunu “Yeni Sabah”a yazıçı, deputat Aqil Abbas deyib.

O bildirib ki, aralarında heç bir qəsdi-qərəz yoxdur:

“Narazılıq yalnız AYB üzvlərinin sayı ilə bağlıdır. Mən sadəcə bildirmişdim ki, Yazıçılar Birliyinin 3 min üzvü olsa da, onların içində istedadlısı da var, istedasızı da, vəssalam. Çingiz Abdullayevlə münasibətimiz öz qaydasındadır”.

Aqil Abbas qeyd edib ki, istedadı ölçən cihaz olmadığı üçün belə fikrlər səsləndirib:

“AYB üzvlərinin də bəzilərini “istedadsız” adlandırmağımın səbəbi üzvlərin hər birinin nizamnamənin tələblərinə uyğun olaraq seçilməsidir. Məsələn, səhv etmirəmsə, 3 min misralıq şeir və 10 ədəd nəsr nümunəsi çap olunan hər kəs üzvlük üçün müraciət edə bilər. Qəbul vaxtı da həmin saya uyğun nümunələrə baxılır və seçim prosesi baş tutur.

Uzun sözün qısası, Çingiz Abdullayevlə olan bu söhbətə görə aramızda heç bir problem yoxdur”.

Bir müddət əvvəl kitab sərgisinin açılışında iştirak edən Çingiz Abdullayev bildirmişdi ki, Azərbaycanda 3 min yazıçı var.

Aqil Abbas buna etirazla bildirmişdi ki, Birliyinin 3 min üzvü ola bilər, amma Azərbaycanda olsa-olsa 300 yazıçı var:

“Bu nədir, pambıq yığırıq?! Yəqin ki, Yazıçılar Birliyinin üzvlərini sayıblar. Onların hamısını yazıçı hesab etmək olmaz. İstedadlıları var, tanınanlar, qələmi olanlar, cavanlar, orta və yaşlı nəsil yazıçılarımız var. Amma 3 min olmaz, olsa 300 olar”.

Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində Çingiz Abdullayev mövzuya qayıdış edərək bildirib:

“Bir neçə gün bundan əvvəl kitab sərgisinin açılışında dedim ki, Azərbaycanda 3 min yazıçı var. Biz inanırıq ki, yazıçılarımız da növbəti mərhələdə yazıb-yaratdıqları əsərlərə görə qonorar ala biləcəklər. Təəssüflər olsun ki, bu gün yazıçılarımız öz pulları ilə kitab çap edirlər. Dünyada belə şey yoxdur. Zaman gələcək ki, belə olmayacaq, biz dünya standartları ilə uyğunlşacağıq. Amma bizim AYB-nin üzvü olan Aqil Abbas etiraz etdi ki, haradadır Azərbaycanda 3 min yazıçı, məgər pambıq yığırıq…

Mənim belə insanalara yazığım gəlir, dözə bilmirlər heç bir sözə. Axə mən artıq nə demişəm?! Demişəm ki, yazıçılara kömək etmək lazımdır. Xəyanət bax budur. Amma mən heç kimdən heç vaxt incimirəm”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90