Ulusal.az xəbər verir ki, Fransanın sabiq prezidenti Nikola Sarkozi beş il müddətinə azadlıqdan məhrumetmə cəzasını karserdə çəkəcək.
BFMTV telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, Sarkozi oktyabrın 21-dən etibarən Parisin cənubundakı Sante həbsxanasında saxlanılacaq. Bu, hazırda Fransa paytaxtında fəaliyyət göstərən yeganə həbsxanadır.
Məlumata əsasən, müəssisədə həssas kateqoriyaya aid məhbuslar üçün xüsusi bölmə olsa da, 70 yaşlı keçmiş prezident həmin bölmədə yerləşdirilməyəcək.
Xatırladaq ki, Nikola Sarkozi korrupsiya və nüfuzundan sui-istifadə ittihamları ilə məhkəmə tərəfindən beş il azadlıqdan məhrum edilib.