image-rt-reklam
image-defaultbackend

Dünyada bir ilk: İqtidar və müxalifət partiyaları birləşdi

image-728x90

Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) və əsas müxalif qüvvə olan İnnovasiyalar Partiyası (İP) koalisiya hökuməti qurmaq barədə razılığa gəliblər. Ulusal.az xəbər verir ki, hər iki partiyanın yüksək vəzifəli rəsmiləri bu barədə Kyodo agentliyinə məlumat veriblər.

Məlumata görə, İnnovasiyalar Partiyası hökumətə nazir vəzifəsi tələbi irəli sürmədən dəstək verməyə hazırdır. LDP-nin lideri Sanae TakaichiİP rəhbəri Hirofumi Yoshimura bazar ertəsi günü koalisiya sazişini imzalayacaqlar.

Bu razılaşma, Komeito partiyasının LDP ilə 26 illik ittifaqı tərk etməsindən sonra Yaponiyanın çoxpartiyalı siyasi sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Oktyabrın 4-də LDP-nin prezidenti seçilən Sanae Takaichi, İP-nin dəstəyi ilə çərşənbə axşamı keçiriləcək parlament səsverməsində Yaponiyanın ilk qadın baş naziri seçiləcək.

Bununla belə, Takaichini çətin dövr gözləyir. Çünki LDP və İP birləşsə belə, hökumət 465 üzvlü Nümayəndələr Palatasında çoxluq üçün tələb olunan 233 səsə tam malik olmayacaq.

Tokioda cümə günü keçirilən danışıqlarda tərəflər bir sıra razılaşmalara gəliblər. LDP, İnnovasiyalar Partiyasının istehlak vergisinin 10 faizdən sıfıra endirilməsikorporativ ianələrin qadağan olunması təkliflərini qəbul etməyə razılaşıb.

Bundan əlavə, LDP, Yoşimuranın “danışıqsız şərt” adlandırdığı parlament üzvlərinin sayının azaldılması təklifini də dəstəkləyib.

Koalisiya tərəfləri müvafiq qanun layihələrini parlamentin çərşənbə axşamı keçiriləcək növbədənkənar iclasında təqdim etməyi planlaşdırırlar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90