image-rt-reklam
image-vasif_kafarov_deputatbackend

Bu Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsinə təkan verir – Millət vəkili

image-728x90

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri öncəsi “Kazinform” agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini və strateji mahiyyətini bir daha nümayiş etdirdi. Müsahibədə səsləndirilən fikirlər həm regional siyasətin, həm də beynəlxalq əməkdaşlığın dərin strateji əsaslarını əks etdirir.”- bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər sadəcə diplomatik deyil, tarixi qardaşlıq, ortaq türk kimliyi və qarşılıqlı etimad prinsiplərinə söykənir.

“Ötən illər ərzində iki dövlət arasında formalaşmış müttəfiqlik və strateji tərəfdaşlıq modeli regionda sabitliyin və inkişafın əsas təminatçısına çevrilib. Dövlət başçıları arasında mütəmadi dialoq və qarşılıqlı səfərlər bu münasibətlərin real nəticələrə söykəndiyini sübut edir.
İqtisadi-ticari əlaqələr sahəsində də böyük irəliləyişlər əldə olunub. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın şirkətin fəaliyyət göstərməsi, qarşılıqlı investisiyaların yüz milyonlarla dollar həddinə çatması və əmtəə dövriyyəsinin ilbəil artması iki ölkə arasında əməkdaşlığın praktik xarakter daşıdığını göstərir. Bu artım Orta Dəhlizin uğurlu fəaliyyəti, nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi və yeni ticarət imkanlarının açılması ilə birbaşa bağlıdır.”- deyə Vasif Qafarov bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, bu marşrut təkcə iqtisadi layihə deyil, Avrasiya regionunda inteqrasiyanın strateji arteriyasıdır.

“Aktau və Ələt limanları arasında yükdaşımaların artırılması, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik xəttin tikintisi və enerji dəhlizlərinin genişləndirilməsi iki ölkənin texnoloji və iqtisadi potensialını birləşdirir. SOCAR və “KazMunayQaz” arasında imzalanmış sazişlər isə enerji təhlükəsizliyi və regional əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Prezident İlham Əliyev yaşıl enerji və rəqəmsal inteqrasiya istiqamətində birgə təşəbbüsləri yüksək qiymətləndirib. Azərbaycanın Qazaxıstan və Özbəkistanla bərpaolunan enerji sistemlərinin inteqrasiyası, ekoloji texnologiyaların inkişafı və “yaşıl keçid” strategiyası Türk dünyasının dayanıqlı və ekoloji baxımdan məsuliyyətli gələcəyinə yönəlib.” – deyə Vasif Qafarov bildirib.
Millət vəkili qeyd edib ki, müsahibədə Türk Dövlətləri Təşkilatının rolu da xüsusi yer alıb. Prezident qeyd edib ki, bu təşkilat Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin dərinləşməsində aparıcı rol oynayır və Türk dünyasının siyasi, iqtisadi və humanitar əməkdaşlığı üçün əsas platforma funksiyasını yerinə yetirir.

“Şuşa və Qəbələ Zirvələri kimi tədbirlər Türk birliyinin daha da möhkəmlənməsinə xidmət edir və Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsinə təkan verir. Azərbaycan və Qazaxıstan xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Mədəniyyət günlərinin təşkili, ədəbi irsin qarşılıqlı nəşri və elm sahəsində birgə təşəbbüslər bu mənəvi bağları daha da gücləndirir. Prezident İlham Əliyevin Xəzər dənizinin dayazlaşması və ekoloji problemlər barədə xəbərdarlığı isə onun regional ekoloji təhlükəsizlik məsələlərinə strateji yanaşmasını əks etdirir. Xəzər dənizinin qorunması bütün sahilyanı dövlətlər üçün ortaq məsuliyyət kimi qiymətləndirilməlidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan diplomatiyasının ardıcıl, uzaqgörən və praqmatik siyasət xəttinin bariz göstəricisidir. Bu müsahibədə həm Türk dünyasının gələcək birliyi, inkişafı, həm də regional iqtisadi və enerji inteqrasiyasının strateji xətti aydın şəkildə ifadə olunub. Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün sadəcə əməkdaşlıq deyil, ortaq dəyərlərə, qardaşlığa və strateji baxışa əsaslanan sarsılmaz müttəfiqlik modelidir.Azərbaycan və Qazaxıstan birlikdə həm də Türk dünyasının gələcəyini formalaşdırır.”- deyə Vasif Qafarov bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90