image-rt-reklam
image-image_750x_68f32cc5b5505backend

Mən Putinə nifrət edirəm, Putin də mənə— Zelenski

image-728x90

Ağ Evdə qapalı qapılar arxasında keçirilən görüşdə Ukrayna və ABŞ prezidentləri silah tədarükü, o cümlədən uzaqmənzilli sistemlərin verilməsi məsələsini müzakirə ediblər. Ulusal.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonda keçirdiyi brifinqdə məlumat verib.

“Biz hava hücumundan müdafiə sistemlərini müzakirə etdik. Bu, Ukrayna üçün həyati əhəmiyyət daşıyır. Görüşlər davam edərkən belə, Rusiyanın pilotsuz təyyarələrlə hücumları davam edir. Biz silah istehsalı və logistika məsələləri üzərində işləyirik. Qrafiklər və tarixlərlə bağlı vəziyyət mürəkkəbdir, amma əsas olan odur ki, irəliləyiş var. Atəşkəsdən sonra Ukraynanın yeni prezidentinin Putinə geri dönməməsi üçün bizə güclü təhlükəsizlik təminatları lazımdır,” – deyə Zelenski bildirib.

Jurnalistlər onun Tramp ilə görüşdən sonra “Tomaqavk” raketlərinin verilməsi məsələsində daha optimist olub-olmadığını soruşduqda, Zelenski sadəcə gülümsəyərək cavab verib:
“Mən realistəm.”

“Tramp bilir bizdə hansı silahlar var və başa düşür ki, Tomaqavklar ilə nəyə qadir olduğumuzu hamı anlayır,” – Ukrayna lideri əlavə edib.

Prezidentlər, həmçinin ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə baş tutacağı gözlənilən görüşü də müzakirə ediblər.
“Prezident Tramp Rusiya ilə dialoqu barədə mənə məlumat verdi. Biz verilən siqnalları anlayırıq – bunlar bizim üçün yeni deyil. Müharibənin dayandırılması üçün Trampın təzyiq imkanlarına ümid edirik,” – Zelenski qeyd edib.

O, Rusiya rəhbərliyinin ona münasibəti barədə də açıq danışıb:
“Putin mənə nifrət edir. Mənim də ona münasibətim eynidir. Bu, şəxsi hisslər məsələsi deyil. Mənim və bütün ukraynalıların gözündə o, düşməndir. Onlar dayanmaq istəmirlər. Əlbəttə, biz düşmənə nifrət edirik.”

Zelenski həmçinin qeyd edib ki, ərazi məsələsi danışıqların ən çətin hissəsi olaraq qalır, çünki “Rusiya bütün Ukraynanı işğal etmək istəyir.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90